SON XƏBƏRLƏR

Muğan Aqrosənaye Kompleksinin dəyərindən qat-qat ucuz qiymətə satılması qətiləşdi

2021.10.20, 07:36
Muğan Aqrosənaye Kompleksinin dəyərindən qat-qat ucuz qiymətə satılması qətiləşdi

Gunaz.tv

GünAzV: Son vaxtlar Muğan Aqrosənaye və Hevandarlıq Kompleksinin dəyərindən qat-qat ucuz qiymətə özəlləşdirilməsi ilə bağlı bir çox xəbər yayılıb.

 

İlk öncə Ərdəbil Əyaləti rəhbərliyi, o cümlədən əksər millət vəkilləri Azərbaycanın talanmasına səssiz qalsalar da, sonralar əhalinin kəskin etirazı nəticəsində hökumətin bu qərarını gizli plan adlandırıb və onun ləğv olunmasını tələb etdilər. Onlar əsasən qiymətin qat-qat ucuz olması, özəlləşdirən şirkətin qabliyyəti və digər məsələlərə etiraz edib, özəlləşdirmə prosesində şəffaflığın təmin olunmasını istədilər. İran Özəlləşdirmə Təşkilatının icraçı direktorunun müaşaviri Cəfər Sübhani isə tərəflər arasında müqavilə rəsmiləşməyənədək kompleksi alan şirkətin adının açıqlanmayacağını bildirdi. Bu açıqlamadan sonra çoxları müqavilənin ləğv olunacağına ümid edirdi, lakin Özəlləşdirmə Təşkilatının rəisi Mirəli Əşrəf Abdullapuri Hüseyni mətbuat konfransı özəlləşdirən şirkətin adını açıqlayıb və bütün ümidləri puç etdi.

O bildirib ki, “Rifah” mağazalar şəbəkəsi Muğan Aqrosənaye Şirkətini alıb. Mağazalar şəbəkəsi, Tehran Sərmayə Bazarının İnkişafı şirkətinin vasitəsi ilə Dizful Şəkər İstehsalat şirkəti ilə Konsorsium yaradıb və aqrosənaye kompleksini 50-50-yə alıblar.

 

Təbrizin keçmiş millət vəkili Əkbər Ə`ləmi bundan əvvəl mövzu ilə bağlı yazmışdır ki, “mən Muğan Aqrosənaye Şirkətinin özəlləşdirilməsinə etiraz edəndə, hərracın birinci və ya ikinci qalibinin qabliyyətini nəzərdə tutmuram.  Bu proses başdan-ayağa yanlışdır. Bu, ümumi mülkiyyəti talamaq, beytül-malı hərraca çıxarmaq, kompleksi havayı qiymətə satmaq və ölkənin ümumi mənafeyini nəzərə almamaq deməkdir. Bu müamilə həm də konstitusiyanın 3, 43, 44 və 45-ci maddəsinə ziddir.  Ona görə də kompleksin belə bir şəraitdə hansı şirkətə ötürülməsindən asılı olmayaq, prosesə etiraz edirəm.

Bir çox dəlilə görə, Muğan Aqrosənaye Şirkətinin qiyməti elan olunan qiymətdən qat-qat çoxdur və bugünkü vəziyyətdə şirkətin dövlətin nəzarətində olması daha məqsədəyuğundur. Təbii ki, müdirlər əvvəllər olduğu kimi, güclü, iş bilən, sifariş əsasında seçilməyən və çalışqan olmalıdırlar.”

 

Muğan Aqrosənaye Şirkətinin hökumətə yaxın şəxslərə ötürüldüyü kimsə də şübhə doğurmur. Bundan əvvəl Güney Azərbaycanın digər məntəqələrində də oxşar faktlara rast gəlinib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar