Milli-mədəni fəallar Azərbaycanın müxtəlif bölgələrində Beynəlxalq Ana Dili Günü ilə bağlı mədəni tədbirlərini davam etdiriblər.
Gunaz.tv
Dünən fevral ayının 21-də, tədbirlərin davamında Muğanda, Zəngan əyalətində, Əbhər şəhərində milli-mədəni fəallar uşaqlar arasında kitablar paylayıb, poster, broşur və traktlar yaymaqla Beynəlxalq Ana Dili Gününü anıb və ana dilində təhsilin vacibliyi barədə vətəndaşlarla aydınladıcı söhbətlər aparıblar.

Zəngan əyalətinin Əbhər şəhərində “Ayral” incəsənət qrupu vətəndaşlar arasında təbrik kartları, broşurlar dağıdıb, üstündə türk dilində təbrik mesajı və Azərbaycan folklorundan nümunə yazılmış çiçək dibçəkləri hədiyyə ediblər.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Hal-hazırda çox sayda azərbaycanlı milli-siyasi fəallar, o cümlədən Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.
C.E
