Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11 14:20

​​​​​​​İran Milli Qazma Şirkəti ağır qazma qurğusunun Əhvazdan Ərdəbil əyalətinin şimalındakı Muğan bölgəsinə köçürüldüyünü bildirib.

Gunaz.tv Quote | Gunaz article

Verilən məlumata  görə, “Fəth 54” adlı ağır qazma qurğusu Muğanın “Avırtadağ” kəşfiyyat quyusunun yerinə köçürülür.

"Bu qazma qurğusu və detalları şirkətin ixtisaslaşmış ağır nəqliyyat qrupları ilə birlikdə 120 ağır və super ağır yedəkləmə vasitəsi ilə 25 gün ərzində istənilən vəziyyətdə yerləşdiriləcək və yaxın 45 gün ərzində istismara veriləcək"-deyə, İran Milli Qazma Şirkətinin layihə meneceri Əli Rəfii mətbuata verdiyi müsahibədə  bildirib.

O, deyib ki, "Avırtadağ" kəşfiyyat quyusu, İran Milli Neft Şirkətinin neft yataqlarının kəşfiyyat bölməsi tərəfindən qazılacaq 6 əsas quyudan biridir. 2000 at gücündə olan “Fəth 54” qazma qurğusu 6 min metr dərinliyə qədər neft və qaz quyularının qazılmasında istifadə edilir.

Ötən həftə Biləsuvarın valisi Həsən Qubadi bir neçə həftə ərzində Xəlifəli və Ağcaran arasında yerləşən “Qışlaq Dəşt”də neft istixracı briqadaları və texnikasının yerləşdiriləcəyi barədə xəbər vermişdi.

Qeyd edək ki, bundan öncə mayın 5-də Muğanın İran parlamentindəki nümayəndəsi Abbas Cahangirzadə neft quyularının qazılması üçün ağır texnika və lazimi avadanlıqların bir neçə gün içində bölgəyə gətiriləcəyini demişdi.

Bundan öncə aprelin əvvəllərində Təbrizin Səhənd Texnologiya Universitetinin Neft və Qaz Tədqiqat İnstitutunun rəhbəri Əlirza Təbatəbayinejad Şərqi Azərbaycanın Ocan (Bostanabad) və sarab mahallarında da neft yataqlarının olma ehtimalından danışaraq bu istiqamətdə tədqiqat işlərinin davam etdirildiyini bildirib.

İyul ayında isə Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi yaxın gələcəkdə Sarab mahalında neft və qaz yataqlarının axtarışına başlanılacağını bildirmişdi.

Xatırladaq ki, Güney Azərbaycanda neft yataqlarının axtarışı məsələsi uzun illərdən bəri gündəmdədir.
 
8 il öncə Muğan bölgəsində neft yataqları axtarışları ilə bağlı beynəlxalq səviyyədə tender keçirilməli idi. Lakin bölgədə bu günə kimi ciddi bir əməli iş görülməyib.
 
Ekspertlərin fikrincə, Cənubi Azərbaycanda neft çıxarılması bu bölgədəki problemləri həll etməyəcək və Azərbaycanın nefti də digər yeraltı və yerüstü sərvətləri kimi İran hökuməti tərəfindən talan ediləcək.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23