SON XƏBƏRLƏR

Muğanda “Tut bağı” ərazisindəki ağacların kəsilməsinin qarşısını almaq məqsədi ilə insan zənciri aksiyası keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Muğanda “Tut bağı” ərazisindəki ağacların kəsilməsinin qarşısını almaq məqsədi ilə insan zənciri aksiyası keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir qrup ətraf mühit tərəfdarı və mədəni fəal Muğanın İslamabad şəhərində insan zənciri aksiyası keçirərək “Tut bağı” ərazisindəki ağacların kəsilməsi ilə bağlı hökumətə xəbərdarlıq ediblər.

 

Hökumət orqanları yolu genişləndirmək bəhanəsi ilə “Tut bağı” ərazisindəki ağacları kəsmək niyyətindədir, bu məsələ yerli əhali, xüsusi ilə də ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olub.

 

İslamabad əhalisinin fikrinə görə, “Tut bağı” ağaclarına ziyan vurmadan yolu genişləndirmək mümkündür, lakin hökumət rəsmiləri xərcləri azaltmaq bəhanəsi ilə yolun məhz bu ərazidən keçməsini planlaşdırır.

 

Aksiyaya qatılan soydaşlarımız üzərində Zəlimxan Yaqubun məşhur “Yaşıl ağac” şeiri yazılmış banner nümayiş etdiriblər.

Həmin şeirdə deyilir:

“Atəş Allahındır, isti Allahın – Ocaq Allahındır tüstü Allahın

Bu yaşıl ağacın üstü Allahın – Bu yaşıl ağacın altı bizimdir”

 

Aksiyada üzərinə “ağac kəsən baş kəsib” və “Mən diriyəm ölməmişəm” sözləri yazılmış kağızlar da nümayiş etdirilib.

 

Son vaxtlar güney azərbaycanlıların ətraf mühitə həssaslığı artıb. Buna səbəb İran rejiminin bu sahəyə diqqət yetirməməsi, hətta ona zərbə vurmasıdır. Ötən günlərdə Parsabadda Kac və Muğan parklarının ağacları müxtəlif bəhanələrlə Bələdiyyə İdarəsi tərəfindən kəsildi. Ağacların kəsilməsinin videosu bir çox soydaşımızın kəskin etirazına səbəb olmuşdur.

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar