Böyük Tehran Həbsxanasında (Fəşafuyə) həbsdə olan azərbaycanlı fəal Əlirza Fərşinin azadlıq mesajı yayımlanıb.
Gunaz.tv
Güney azərbaycanlı milli fəal Tehranın Fəşafuyə həbsxanasından "alin yazını özün yaz" (öz taleyinə qərar ver) adlı bir audio sənəd yayımlayıb və Güney Azərbaycan xalqını dövrünün liderini tanımağa və öz taleyini həll etməyə çağırıb.
Mühəndis Fərşi bu yaxınlarda həbsxanadan bir audio sənəd yayınlayaraq Qarabağın erməni işğalçılarından azad olunması üçün mübarizəni dəstəkləmişdi.
Güney Azərbaycan milli mədəni fəal hazırda Böyük Tehran Həbsxanasında iki illik həbs cəzasını çəkir.
Cənab Fərşi, cənab Əkbər Azad, cənab Behnam Şeyxi, cənab Həmid Mənafi Nadarlı ilə birlikdə 2013-cü ildə "Dünya Ana Dili Günü" mərasiminə qatıldıqları üçün həbs olunublar. Onlar "milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq" ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən hər biri iki il həbs cəzasına məhkum edilib.
21 iyul 2020-cu ildə, cənab Behnam Şeyxi, cənab Həmid Mənafi və cənab Əlirza Fərşiyə qarşı hökm çıxarılıb.
Əlireza Fərshi “Şərif Texnologiya Universiteti”ndə kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb və İran-İraq müharibəsi şəhidinin oğludur. Mədəni fəaliyyətlərinə, o cümlədən Azərbaycanın məhrum kəndlərində Azərbaycan-Türk kitabxanasının yaradılmasına və "Ana dilində tədris" kampaniyasına başlandığına görə bir neçə dəfə tutulub və həbs edilib.
Onun təhlükəsizlik orqanlarının təzyiqi və tapışırığı nəticəsində Universitetdə müəllim kimi fəaliyyətinədə Universitet rəhbərliyi tərəfindən qadağa qoyulub.
C.E