SON XƏBƏRLƏR

Xalq etirazlarının qəddarlıqla yatırılmasını pisləyən Avstraliya İrana xəbərdarlıq edib

2022.10.22, 05:48
Xalq etirazlarının qəddarlıqla yatırılmasını pisləyən Avstraliya İrana xəbərdarlıq edib

Gunaz.tv

Xanım Vanq Kanadanın ev sahibliyi etdiyi İranda baş verən ümumi üsyanla bağlı bir neçə ölkənin qadın xarici işlər nazirlərinin virtual toplantısındakı çıxışına “qadın, həyat, azadlıq” şüarı ilə başlayıb.

"Avstraliyalılar iranlı qadın və qızların və onların bərabərlik və özünü ifadə səylərinin yanındadırlar.

Biz İran xalqlarının dinc etiraz etmək hüququnu dəstəkləyirik və mən digərləri ilə birlikdə İran hökumətini etirazçılara qarşı qəddarcasına repressiyasını dayandırmağa çağırıram.",-deyə, o bildirib.

O, dünya mediasında hər gün İslam Respublikasının yüzlərlə etirazçını, o cümlədən qadın və uşaqları öldürməsi barədə xəbərləri izlədiklərini və buna görə narahat olduqlarını qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar