SON XƏBƏRLƏR

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023.03.24, 07:23
SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərinə də qatılıb.

“Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik”, - deyə o, qoşunlara müraciətində deyib.

Qeyd edək ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi. (Axar.az)

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar