SON XƏBƏRLƏR

SEPAH-ın keçirdiyi hərbi təlimlərdə İsrailin Dimona atom stansiyasına hücum simulyasiya edilib -VİDEO

2021.12.27, 10:00
SEPAH-ın keçirdiyi hərbi təlimlərdə İsrailin Dimona atom stansiyasına hücum simulyasiya edilib -VİDEO

Gunaz.tv

Bu barədə SEPAH terror təşkilatına bağlı olan “Fars” xəbər agentliyi dekabrın 26-da məlumat yayıb.

Yayılan məlumatda deyilir ki, təlimlər zamanı İsrailin Dimona atom stansiyasına qarşı hücumun simulyasiya edilməsində 16 ədəd ballistik raketdən və 5 intiharçı pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

Simulyasiya edilmiş səhnələrdə isə SEPAH-ın İsrailin Dimona atom stansiyasına raket zərbələri endirildiyi görünür. 

Bununla da SEPAH terror təşkilatı və İran ordusu birbaşa və açıq-aşkar İsraili təhdid ediblər.

Xatırladaq ki, dekabrın 24-də və hərbi təlimlərin başa çatdırımasından sonra İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri və SEPAH-ın baş komandanı Hüseyn Salami keçirdikləri birgə təlimlər zamanı ayrı-ayrılıqda bəyanatlar yayaraq, İsraili yenidən hərbi hücumla təhdid etmişdilər. 

İsrail mediasının yaydığı xəbərə görə, bu ölkənin müdafiə qüvvələri qarşıdan gələn yaz mövsümündə Aralıq dənizi üzərində İranın nüvə təsisatlarına qarşı hücumu simulyasiya etmək üçün geniş hərbi təlimlər keçirəcəklər.

Bildirilir ki, hərbi təlimlərdə onlarla “F-35”, “F-15”, “F-16” qırıcı təyyarələrindən, eləcə də kəşfiyyat və digər döyük təyyarələrindən istifadə ediləcək. 

Xatırladaq ki, İranın “Tasnim” saytı dekabrın 24-də SEPAH-ın keçirdiyi  hərbi təlimlərdə SEPAH-ın 16 ədəd uzaq mənzilli, eləcə də orta və qısa məsafəli ballistik raketləri sınaqdan keçirdiyini bildirmişdi.

İran saytı həmçinin hərbi təlimlərdə SEPAH-ın “Emad”, “Qədr”, “Sicil”, “Zalzal”, “Dezful” və “Zülfüqar” adlı ballistik raketlərindən istifadə edildiyi qeyd etmişdi.

VİDEO:

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar