SON XƏBƏRLƏR

ABŞ-ın keçmiş diplomatı: “Diplomatiya özü özlüyündə İranın nüvə ambisiyalarının qarşısını ala bilməyəcək”

2021.11.19, 11:50
ABŞ-ın keçmiş diplomatı: “Diplomatiya özü özlüyündə İranın nüvə ambisiyalarının qarşısını ala bilməyəcək”

Gunaz.tv

O deyib ki, əgər İran nüvə silahı istehsal edə bilsə və ya ən azı onu istehsal eməyə yaxınlaşsa, Orta Şərq regionunda hegemonluğu ələ almaq üçün daha aqressiv rəftar edəcək.

“Diplomatiya özü özlüyündə İRanın nüvə ambisiyalarının qarşısını ala bilməyəcək. Hesab edirəm ki, diplomatiya ilə yanaşı savaş thdidindən də istifadə etmək lazımdır və zəruri görürdüyü təqdirdə diplomatiyanın alternativi olaraq “müharibə təhdidi”nə üstünlük verilməlidir. 

İran İslam Respublikasını inandırmaq lazımdır ki, əgər o nüvə silahına yəyələnməyə çalışsa və bu istiqamətdəki cəhdlərini davam etdirsə, bunun ağır bədəlini ödəməli olacaq. 

Hesab edirəm ki, İrana qarşı sanksiyaları gücləndirməklə yanaşı, onun nüvə təsisatlarına, hərbi və iqtisadi mərkəzlərinə qarşı hücum seçimini də masa üzərinə qoymaq lazımdır”, -deyə, Amerikanın keçmiş diplomatı, “Xarici Əlaqələr Şurası” beyin mərkəinin sədri Riçard Haas-ın İranın nüvə ambisiyaları barədə yazdığı məqaləsində bildirilir.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar