SON XƏBƏRLƏR

ABŞ-ın milli təhlükəsizlik üzrə ekspertləri Baydenə xəbərdarlıq edib: “İran qırmızı xətti keçib”

2021.12.18, 13:00
ABŞ-ın milli təhlükəsizlik üzrə ekspertləri Baydenə xəbərdarlıq edib: “İran qırmızı xətti keçib”

Gunaz.tv

Tehranla Vyanada aparılan nüvə danışıqlarını diqqətlə nəzarətdə saxlayaraq dəyərləndirdiklərini bildirən ekspertlər deyib ki, ABŞ prezidenti İrana qarşı qorxu və təzyiq siyasətini yenidən bərpa etməli, zərurət yaranarsa açıq şəkildə İrnın nüvə proqramına qarşı hərbi hücum seçiminə üz tutmağa hazırlaşmalıdır.

“İran atom silahına yiyələnmək üçün sürətlə öz nüvə proqramını inkişaf etdirir, nüvə qabiliyyətlərini gücləndirmək istiqamətində irəliləyir.

Hesab edirik ki, İran qırmız xətti artıq keçib. Amerika Birləşmiş Ştatları nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyi İranın haqqı hesab etsə də, Tehranın nüvə sahəsində atdığı son addımları bu ölkənin nüvə qabiliyyətlərini gücləndirərək atom silahı əldə etməyə can atmasından xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin də dediyi kimi, İranın uranı 60 faiz səviyyəsində zənginləşdirməsinin və onun uran filizi istehsal etməyə başlamasının heç bir izahı yoxdur. 

2015-ci ildə imzalanmış nüvə razılaşmasının şərtlərinə görə, İran uranı yalnız 3.67 faiz səviyyəsində zənginləşdirilməli idi. Lakin İrn bu şərti pozaraq, əvvəlcə uranı 20 faiz səviyyəsində, sonradan isə onu 60 faiz səviyyəsində zənginləşdirməyə başlayıb. 

Hazırda isə biz çox təhlükəli bir gerçəkliklə üz-üzə qalmışıq. Belə ki, razılaşma şərtlərini pozaraq uranı 60 faiz səviyyətində zənginləşdirən İran, indi də onu 90 faiz səviyyəsində zənginləşdirməyə başlayacağı ilə Qərbi

təhdid edir”, -deyə ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə 7 ekspertinin Amerika prezidenti Co Baydenə xəbərdarlıq bəyanatında bildirilir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar