TŞ-nın İrana qarşı silah embarqosunun uzadılmasına dair vebinarı keçirilib

2020-06-30 23:23

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Amerikanın İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair təqdim etdiyi qətnamə layihəsinə həsr olunmuş toplantısı keçirilib.

Gunaz.tv Quote | Gunaz article

"Online" formatda keçirilən iclasda ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo sanksiyanın ləğv edilməsini BMT-nin missiyasına qarşı xəyanət adlandırıb. 


O, həmçinin BMT-ni qlobal sülh və təhlükəsizliyi təmin etmək üçün silah embarqosunu uzatmağa çağırıb. 


Pomeonun sözlərinə görə, sanksiya sona çatdığı təqdirdə, İran Rusiyadan qırıcılar alaraq, öz sualtı qayıq arsenalını modernləşdirərək və özünə bağlı yaraqlı dəstələri də yeni növ silahlarla təmin edərək, Yaxın Şərqin iqtisadi təhlükəsizliyi üzərində Damokl qılıncı tutacaq. 


ABŞ Dövlət katibi İranın məsuliyyətsiz və qeyri-demokratik olması, Yəmən, Suriya, Livan, Fələstin, Əfqanıstan kimi bir sıra ölkələrdə terrorçulara dəstək verməsi, habelə körfəzdə və Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı formalaşdırdığı təhdidləri sadalamaqla, silah embarqosunun hansı təhlükələrə yol açacağı ilə bağlı vebinar iştirakçılarına xəbərdarlıq edib. 


Pompeo sonda qeyd edib ki, sanksiyanın müddətinin uzadılmasını təkcə ABŞ yox, İsraildən tutmuş körfəz ölkələrinə qədər bir çox dövlət istəyir.


Qeyd etmək lazımdır ki, İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra TŞ tərəfindən qəbul edilmiş 2231 saylı qətnaməyə əsasən, rəsmi Tehrana qarşı silah embarqosu cari ilin oktyabr ayında sona çatır. Lakin ABŞ bir müddətdir ki, embarqonun yenidən müddətsiz uzadılmasına çalışır. 


3 Avropa ölkəsi- Fransa, Britaniya və Almaniya İranla nüvə razılaşmasının tərəfləri kimi çıxış edirlər və özlərini hələ də razılaşmaya sadiq hesab edirlər. Bununla belə, bir müddət əvvəl onlar da bir neçə gün əvvəlyaydıqları bəyanatda İranın yaratdığı təhdidləri nəzərə alaraq, bu ölkəyə silah və raket istehsalı texnologiyasının satışınına qoyduqları qadağanı 2023-cü ilə qədər davam etdirəcəklərini elan ediblər. 


TŞ-nın vebinarından bir gün öncə ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk Səudiyyə Ərəbistanına rəsmi səfər etmişdi. Keçirilən görüşlər zamanı səudiyyəli rəsmilər də rəsmi Tehrana qarşı silah embarqosunun uzadılmasını dəstəklədiklərini bəyan etmişdilər. 


Digər tərəfdən, TŞ-da veto hüququna malik olan Çin və Rusiya sanksiyanın uzadılmasını dəstəkləmədiklərini bildirirlər. Bu günkü vebinarda iştirak edən Çinin nümayəndəsi Janq Cun bir daha ölkəsinin mövqeyini təkrarlayaraq, ABŞ-ın nüvə razılaşmasından çıxmasına görə hüquqi baxımdan BMT-nin sanksiyalarını yenidən bərpa etməyə "haqqının olmadığını" iddia edib. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10

gun az article

Pompeo: "Yaxın Şərqi İranın raket təhdidindən qorumaq Amerikanın öhdəliyidir"

2020-07-10

gun az article

Tehranda yenidən partlayış səsləri eşidilib

2020-07-10

gun az article

İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-10