SON XƏBƏRLƏR

ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirilib, yanğın olub

2023.02.19, 18:11
ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirilib, yanğın olub

Gunaz.tv

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Raketlərdən biri yanacaq dolu çən olan vertolyot meydançasına düşüb və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında ölən və yaralılar olub-olması barədə məlumat açıqlanmayıb.

Əl-Omar neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasında həyəcan elan olunub. Koniko qaz sahəsi yaxınlığında yerləşən ABŞ bazasında da yüksək döyüş hazırlığı elan edilib.

Telekanal ABŞ bazasına Deyr-ez-Zorda Suriya Ordusu tərəfdən döyüşən iranyönümlü şiə qruplaşması tərəfindən zərbə endirildiyi barədə xəbər yayıb. Raket zərbəsindən əvvəl baza üzərində kəşfiyyat uçuşu aparan pilotsuz aparat vurulub.

Qeyd edək ki, yanvarın 29-da İraqın Bu-Kemal rayonunda naməlum pilotsuz uçuş aparatı İran silahları və neft məhsulları daşıyan karvana hücum edib. Nəticədə onlarla iranyönümlü şiə döyüşçüsü və 6 neft daşıyan maşın məhv edilib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar