SON XƏBƏRLƏR

ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

2021.11.02, 10:23
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

Gunaz.tv

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar