SON XƏBƏRLƏR

Ana dili fəalı Tohid Əmirəminin həbsindən 3 il ötdü-VİDEO

2022.02.25, 03:50
Ana dili fəalı Tohid Əmirəminin həbsindən 3 il ötdü-VİDEO

Gunaz.tv

“Hər bir insanın mərdliyi, şücaəti, şüuru, inam gücü zindanın polad barmaqlıqlarını əridir, yetərki özümüzə, yolumuza inamımız olsun”-deyə, Əmirəmini bundan öncə tibbi məzuniyyətə buraxıldığı zaman milli-mədəni fəallarla görüşündə demişdi.

1987-ci ildə Ərdəbilin Anqut kəndində anadan olan azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.

2021-ci ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib.

 

 
C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar