SON XƏBƏRLƏR

Nabukko üzrə sazişnamə Türkiyədə imzalanacaq

2021.10.20, 07:36
Nabukko üzrə sazişnamə Türkiyədə imzalanacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ankarada Xəzər dənizi hövzəsindən və Yaxın Şərqdən Avropaya qaz ixracını nəzərdə tutan boru kəmərinə dair sazişi Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya nümayəndələri imzalaycaqlar. Bildirilir ki, ildə 30 milyard kubmetr qaz ixrac edəcək Nabukko Avropanın Rusiya qazından asılılığını azalda bilər. Nabukko ilə bağlı danışıqlar uzun müddət ərzində aparılsa da, 2009-cu ilin əvvəlində Rusiya-Ukrayna " qaz mübahisəsindən " sonra intensivləşmişdi. Rusiyadan yan keçən və Moskvanın Cənub Axını layihəsinə rəqib hesab edilən Nabukko 2014-cü ildə işə salınmalıdır. Nabukko-nun əsas "problemi" onun qazla təmin edilməsilə bağlıdır, deyilir iqtisadi təhlillərdə. Problemlər Belə ki, Moskva əsas qaz istehsalçısı olan Türkmənistan və Azərbaycanın qazını almaq üçün səylər göstərir. Lakin ötən həftəsonu layihədə iştirak edib-etməyəcəyini birmənalı açıqlamayan Türkmənistan Nabukko-nu qazla təmin etməyə hazır olduğunu deyib. Ölkəsinin "nəhəng" yanacaq ehtiyatlarını vurğulayan prezident Qurbanqulu Berdıməhəmmədov Nabukko ilə yanaşı digər layihələrdə iştirak imkanlarının geniş olduğunu bildirib. Borunu qazla dolduracaq potensial mənbələr arasında həmçinin Özbəkistan və İraq adlandırılır. İranın layihədə iştirakı texniki baxımdan qəbul edilsə də, Amerikanın qəti etirazı ilə üzləşib. Layihənin imzalanmasına əngəllərdən biridə o olub ki, Türkiyə indiyədək nəql ediləcək qazın 15 faizinədək daxili bazara ayrılmasını tələb edib. Həftəsonu Bakıya baş çəkən Rumıniyanın iqtisadiyyat naziri bu maneənin aradan qalxdığını təsdiqləyib. " Bu məsələ həll olunub, hərçənd ki təfsilatlar mənə məlum deyil", - deyib "Reuters” agentliyinə müsahibədə Adrianu Vidyanu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar