SON XƏBƏRLƏR

Nadir Qazipur: 40 milyon türkün bütün İranda yayımlanan telekanal və qəzeti olmalıdır – VİDEO

2021.10.20, 07:36
Nadir Qazipur: 40 milyon türkün bütün İranda yayımlanan telekanal və qəzeti olmalıdır – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda 40 milyon türk üçün qəzet və televiziya kanalının təsis edilməsini tələb edib.

 

Bu barədə oktyabrın 7-də parlamentdə çıxış edən millət vəkili İran Teleradio Şirkətinin rəisi və İslami İrşad və Mədəniyyət nazirinə xitabət tələblərini irəli sürüb.

 

O Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə xitabən deyib: “Konstitusiyanın 15 və 19-cü maddələrinə əsasən İranda 40 milyonluq türk cəmiyyətinin 24 saat yayımlanan televiziya kanalına ehtiyacı var. Nə üçün ölkə əhalisinin yarısını təşkil edən türklərə əhəmiyyət vermirsiniz”- deyə millət vəkili vurğulayıb.

 

N.Qazipur İslami İrşad və Mədəniyyət naziri Abbas Salehiyə xitabən isə türklər üçün qəzetin təsis edilməsini istəyib. “40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun.”

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur. Bütün bunları rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

https://www.youtube.com/watch?v=OiX3G6_s3Vo

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar