SON XƏBƏRLƏR

Nadir Qazipur Babək qalası yürüşündə saxlanılanların azadlığa buraxılmasını tələb edib

2021.10.20, 07:36
Nadir Qazipur Babək qalası yürüşündə saxlanılanların azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur son günlərdə Babək qalası yürüşü ilə əlaqədar saxlanılan çox sayda milli-mədəni fəalın azadlığa buraxılmasını tələb edib.

 

O bu barədə şənbə günü İnstaqram səhifəsində məlumat paylaşıb.

 

“Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisinə müraciət edərək istəyirəm ki, İslam Cümhuriyyəti rəhbərinin də vurğuladığı kimi, milli birliyi qorumaq naminə Babək qalasında saxlanılan fəalların azadlığa buraxılması haqda qərar verilsin. Qoy onlar öz ailələrinə qovuşsunlar”- deyə millət vəkilinin İnstaqram səhifəsində qeyd olunub.

 

 

N.Qazipurdan başqa bu günə qədər heç bir azərbaycanlı millət vəkili bu məsələyə münasibət bildirməyib.

 

Urmiyənin millət vəkili bu müraciətdən sonra fars irqçilərinin təhqiri ilə üzləşib. Belə ki, bir çox antitürk sosial şəbəkə istifadəçisi millət vəkilinin səhifəsinə hücum edərək onu Babək qalasında saxlanılanlara dəstək verdiyi üçün küçə söyuşləri ilə təhqir ediblər.

 

Millət vəkilini bölücülərin dəstəkçisi və xarici qüvvələrə çalışan bir şəxs olduğunu iddia edən irqçilər, azərbaycanlı milli-mədəni fəalları Əliyev cə Ərdoğanın muzdlusu olmaqda ittiham edərək onları xarici və qeyri-iranlı adlandırıblar.

 

 

Babək qalası yürüşü iyulun 5-i və 6-da keçirilib, ənənəvi mərasimlə əlaqədar Güney Azərbaycanda təxminən 80 nəfər saxlanılıb. Fəalların əksəriyyəti yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, onlar müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar