Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var

2019-05-01 09:45

GünAz TV: Urmiyənin İran parlamentiundəki millət vəkili Nadir Qazipur Urmu gölünün bərpası üçün canlandırma işlərinin davam etməsini istəyib.

 

O bu barədə çərşənbə axşamı günü Qərbi Azərbaycan Texniki Universitetində su sənayesi üzrə yeni texnologiya mövzusunda keçirilən tədbirdə danışıb.

“Urmu gölünün normal vəziyyətə çatması üçün 14 milyard kubmetr həcmində su olmalıdır. Ona görə də daha 10 milyard kubmetr suya ehtiyac var. Göldə son yağıntılardan əvvəl 2 milyard kubmetrdən az su olub, indi isə suyun həcmi 4 milyard kubmetrə çatıb.

Urmu gölü hələ bərpa olunmayıb, bunun üçün vaxt lazımdır. Bu istiqamətdə işlər davam etdirilməli və bunun üçün lazım olan büdcə vəsaiti təmin olunmalıdır.”- deyə o bildirib.

 

Nadir Qazipur Urmu gölü ətrafında çəkilən su bəndlərinə də işarə edib. O bildirib ki, çoxları bəndlərin tikilməsinə qarşı çıxırdı. Onlar hətta Nazlı və Baranduz bəndlərinin tikilməsinə mane oldular. Onlar bilməlidir ki, Qərbi Azərbaycan əhalisinə xəyanət etdilər. Ona görə ki, bəndlərin tikilməsi Urmu gölünü canlandırma işlərinin tərkib hissəsi idi.

 

Nadir Qazipur

 

Həmin tədbirdə iştirak edən Urmiyənin İran parlamentindəki digər millət vəkili Hadi Bahaduri də oxşar açıqlama ilə çıxış edib. Urmu gölünün canlandırılması üçün müəyyən işlərin görüldüyünü deyən millət vəkili bu işlərin davam etməsini tələb edib.

“Bir neçə il əvvəl artıq Urmu gölünə qurumuş göl kimi baxılırdı. Təəssüflə bəzi elm adamları da bu məsələyə siyasət adamlarının gözü ilə baxırdı. Elə göldə böhran da belə baxışlara görə yaranmışdır. Urmu gölü böhranına səbəb olan amillərin 70 faizi idarəçiliklə bağlıdır.”- deyə Hadi Bahaduri bildirib.

 

Hadi Bahaduri

 

Qeyd edək ki, son həftələrdə İran və Güney Azərbaycanda artan yağıntılar və bunun nəticəsində baş verən sel və daşqınlar Urmu gölündə suyun səviyyəsinin  müəyyən qədər artırıb. Hökumət rəsmiləri bu vəziyyətdən sui-istifadə edərək onu dövlətin etdiyi işlərlə əlaqələndirir. Bəzi orqanlar isə göl artıq bərpa olundu kimi, bəyanatlar verərək gölün canlandırılması üçün az da olsa görülən işlərin dayandırılmasına çalışır. Bu məsələ bölgə əhalisi və bəzi millət vəkilləri tərəfindən etirazla qarşılanır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08

gun az article

Təbrizin çıxışındakı lövhədən “Türkiyə” sözü silinib

2020-07-08