SON XƏBƏRLƏR

Nail Vəliyev: Ermənistan hərbi hissələrində homoseksuallıq, əsgərə təhqir, rüşvətxorluq, aclıq hökm sürür

2021.10.20, 07:36
Nail Vəliyev: Ermənistan hərbi hissələrində homoseksuallıq, əsgərə təhqir, rüşvətxorluq, aclıq hökm sürür

Gunaz.tv

ACCESS MMC şirkətinin direktoru, İnformasiya təhlükəsizliyi üzrə müstəqil ekspert Nail Vəliyevin CünAzTv Mətbuat mərkəzinə müsahibəsi:

 

- Nail bəy, bir neçə gün bundan öncə apa.az saytında Ermənistan ordusunda baş verən hadisələri özündə əks etdirən maraqlı araşdırmalar yayımlandı. Erməni mediasını izləyən şəxs kimi ermənistan ordusunda baş verənlər barəsində nə deyə bilərsiniz?

 

- Hazırda Ermənistan kütləvi informasiya vasitələrində ordu ilə bağlı verilən məlumatlar iki qütblüdür. Iqtidara aid olan "Qolos armenii", "Haykakan jamanak", "Yerkir" kimi qəzetlər vətənpərvər, ləyaqətli, humanist və güvvətli erməni əsgərin obrazını yaradır, və demək olar ki, buna nail olur. Məsələn, Azərbaycan cəmiyyətində erməni ordusunun həqiqətən qüvvətli olduğu barədə fikirlər səsləndirilir.

Lakin Ermənistan hakimiyyətinə məxsus olmayan KİV-lərdə erməni ordusunun nə olduğunu açıq-aydın görmək mümkündür. Hərbi hissələrdə homoseksuallıq, əsgərə təhqir, rüşvətxorluq, aclıq hökm sürür. Neçə dəfə hamımız erməni əsgərlərin fərarilik edib Azərbaycana qaçmasının şahidi olmuşuq. Özlərinin sözünə görə, Ermənistan ərazisində qalıb hərbi qulluq etmək üçün rüşvət verə bilməyən ailələrdən çağırışcılar Qarabağa göndərilir. Bu isə öz növbəsində, Ermənistanın həqiqətən uğurlu təbliğatının tam əksini göstərir.

Bir şeyi də qeyd edim ki, erməni ordusunda tez-tez 600 artıq tankın, 100 artıq qırıcı və bombardmançı təyyarənin mövcüd olduğu göstərilir, və bu texnikanın Rusiyanın hərbi bazalarına məxsus olmadığı deyilir. Əslində isə Ermənistanın indiki iqtisadi vəziyyəti bu rəqəmləri sual altına qoyur. Hər bir tank vahidi, işlək vəziyyətdə olmaq üçün heç olmasa həftədə 5 kilometr məsafəyə qədər hərəkət etməlidir. Ermənistanın 600 ədəd tankı hər həftə 5 kilometr sürmək üçün o qədər yanacaq ehtiyyatı yoxdur.

Həmçinin, hərbi pilotların daim hazırlığını təmin etmək məqsədilə hər həftə uçuşlar təşkil olunmalıdır, lakin hər təyyarəni 14-20 tona qədər kerosinlə təmin etmək Ermənistanın Müdafiə Nazirliyi üçün qeyri-mümkündür. Hələ ehtiyyat hissələrlə təchizat məsələsinə toxunmuram.

 

-Ermənistan prezidenti Euronews kanalına verdiyi açıqlamasında bildirib ki, Azərbaycanla güc tətbiq etməməklə bağlı saziş imzalanmalıdır. Ermənistan nə üçün bu sazişin imzalanmasını istəyir?

 

- Məlumdur ki, Azərbaycan rəsmiləri istənilən kompromislərə getməyə hazır olduğunu bildirmişdir, və hətta mənim fikrimcə Azərbaycanın maraqlarına zidd olan "madrid prinsiplərini" də qəbul etməyə hazırdır. Ermənilərin yenidən qeyri-adekvat hərəkətləri isə onu bildirir ki, onlar Qarabağ məsələsinin həllini yenə də əngəlləmək niyyətindədir. Eyni zamanda, erməni hərbi rəsmiləri Azərbaycan Ordusunun kifayət qədər hazırlıqlı olduğunu etiraf edib. "Güc tətbiq etməmək" haqqında sazişi dövlətimizə imzalatdırmaqla, ermənilər Azərbaycanı dünya ictimayyəti gözündə münaqişəni hərbi yolla həll etmək imkanından məhrum etmək istəyir. Burada başqa bir səbəb görmürəm.

 

Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar