SON XƏBƏRLƏR

Anar Kərimov: "Azərbaycan uzunmüddətli sülhə hazırdır"

2021.12.02, 11:49
Anar Kərimov: "Azərbaycan uzunmüddətli sülhə hazırdır"

Gunaz.tv

Bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu konsepsiya 2021-ci ilin yanvar ayında yaranıb: "Azad edilən ərazilərə səfər zamanı dağıntıların miqyasını gördük. Biz başa düşdük ki, oranı bərpa etmək üçün dayanıqlı sülh lazımdır. Bununla da sülh ideyası yarandı. Mədəniyyət naminə sülhü təşviq etməyin lazım olduğunu bildik. 

Sülh və mədəniyyət anlayışları arasında qarşılıqlı əlaqə var. Mədəniyyətin çiçəklənməsi üçün sülh lazımdır. Burada təkcə fiziki bərpadan getmir. Eyni zamanda insanlar arasında münasibətlər də bərpa olunmalıdır".

Nazir bildirib ki, Azərbaycan uzunmüddətli sülhə hazırdır və bölgədə dayanıqlı inkişafın təmin edilməsində maraqlıdır. (cebhe.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar