Bunu azad olunmuş ərazilərə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama 2 reys, 4 reys isə Əhmədbəyliyə start verilib.
"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.
Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək", - A. Rzayev qeyd edib. (report.az)
Ayxan