SON XƏBƏRLƏR

ETTELAAT narazı təqaüdçüləri təhdid edir

2022.04.15, 09:12
ETTELAAT narazı təqaüdçüləri təhdid edir

Gunaz.tv

Onlara mesaj göndərərək aksiyalara qatılmamağı istəyirlər.

“Müxalif cərəyanlar və xarici kəşfiyyat xidmətlərinin əməkdaşları Həmkarlar İttifaqının toplantılarından sui-istifadə etmək və mitinq keçirməklə bağlı çağırışlar dərc etmək niyyətindədir.

Bu səbəbdən onların çağırışlarını paylaşmaqdan və mitinqlərdə iştirakdan qəti şəkildə çəkinməyinizlə bağlı xəbərdarlıq edilir. Mitinqlərə qatılsanız, sizinlə qanuni şəkildə davranılacaq"-deyə, ETTELAAT-ın mesajında bildirilir.

Qeyd edək ki, son aylar İranın bütün əyalətlərində təqaüdçülərin etiraz aksiyaların genişlənib və onlar ödənişlərin az olmasından və vaxtında ödənilməməsindən narazılıqlarını bildiriblər.

Problemin həlli ilə bağlı tədbir görməkdən aciz olan İran hökumətinin rəsmiləri təqaüdçülərin, özəlliklə daha geniş vüsət alan təqüdçü müəllimlərin aksiyalarını xarici kəşfiyyat orqanlarının təxribatı kimi qələmə verməyə çalışırlar.

Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının təqüdçülərə göndərdikləri təhdid mesajları 1 mayda ölkənin bütün şəhərlərində etiraz aksiyalarının keçirilməsi ilə bağlı yayılan çağırışlardan sonra göndərilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar