SON XƏBƏRLƏR

Nasir Məkarim Şirazinin xəstəxanaya yerləşdirildiyi rəsmən təsdiqlənib

2021.10.20, 07:36
Nasir Məkarim Şirazinin xəstəxanaya yerləşdirildiyi rəsmən təsdiqlənib

Gunaz.tv

GünAz TV: Nasir Məkarim Şirazinin dəftərxanası onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıb.

 

Bəyanatda qeyd edilir ki, Tehran xəstəxanalarından birində müalicə alan axundun vəziyyəti “stabildir” və o, tezliklə müalicəni başa vurub, evə buraxılacaq.

 

Ötən həftələr ərzində Məkarim Şirazinin səhhətinin ağırlaşdığı barədə xəbərlər yayılmışdı. Lakin axundun dəftərxanası ona soyuq dəydiyini və qızdırmasının yüksək olduğunu bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, 93 yaşlı axund Məkarim Şirazi qənd sahəsində korrupsioner və inhisarçı fəaliyyətlərinə görə, İranda “şəkər kralı” ləqəbi ilə məşhurdur. Amerika Birləşmiş Ştatlarının dövlət departamenti bir neçə ay əvvəl onun bu fəaliyyətlərini ifşa etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar