GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30 02:51

Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.İlk olraq,paytaxt Vaşinqtondakı tarixi Georgetoun ərazisində yerləşən Amerika-Azərbaycan Ticarət Palatasından hər iki dövlətin şanlı bayragı asıldı.Bayraqların bina üzərindən dalğalanması həm də Amerika Birləşmiş Ştatları ilə  Azərbaycan xalqları arasında mövcud olan möhkəm dostluluq bağlarını şərəfinə idi. Bu gözəl və tarixi anın əbədiləşməsində Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov və Amerikanın Azərbaycandakı sabiq səfiri Robert Sekuta  iştirak edirdi.Şərqin ilk demokratik Respublikası olan Azərbaycanın keçdiyi məsuliyyətli yola nəzər salan diplomatlar, müstəqillik tarixini qürurla andılar.Amerika-Azərbaycan  ticarət palatasının sədri Natiq Baxışov da ticarət palatasının iki ölkənin əlaqələrindəki müsbət rolunu xatırlatdı. Natiq Baxışov dedi ki, bayraqların dalğalanması eyni zamanda, Amerika Birləşmiş Ştatları  və Azərbaycanda qlobal pandemiyaya qarşı yorulmadan mübarizə aparan tibb işçilərinə minnətdarlığımızın nişanəsidir.

   Əslində hər il, Azərbaycanın müstəqilliyi Amerikada ən mötəbər salonlarda anılırdı.Müstəqilliyin toplantısına Amerika hakimiyyətinin yüksək çinli məmurları,eyni zamanda Amerikada qeydiyyatdan keçən dövlətlərin diplomatları və Azərbaycanın dostları qatılırdı.Coronovirus səbəbi ilə,bu il Azərbaycanın müstəqilliyi adət etdiyimiz kimi böyük salonlarda anılmadı.Amma həm də qeyd olundu. Azərbaycanın Amerikadakı səfirliyinin, Amerikadakı icma ilə birlikdə zoom üzərindən hazırladığı toplantıya ayrı-ayrı ştatlardan 200-dək  insan qatılmışdı.Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov:

“Mən çox xoşbəxtəmki hamı bura qoşulub. Burda çox tanış similar görürəm, çoxlu dostlarım burdadır. İradə xanımdan tutumuş möhtəşəm dr.Ənsariyədək hamı burdadır. Mən xatırlayıram, Amerikaya  birinci dəfə gələndə bu həkim mənə dəstək olumuşdu.”

Müxtəlif ştatlarda yaşayan Azərbaycanlılar,virtual toplantıya normal toplantıdan daha gözəl hazırlaşmışdı.Çıxış edənlər,müstəqilliyin dəyərini verməyə çalışır və Azərbaycan üçün daha uğurlu gələcək arzulayırdı. Türkiyənin Amerikadakı səfiri Sərdar Kılıcda Azərbaycanlılara ölkəsinin arzularını çatdırdı.

Dr.Ənsari “İlk dəfə mən Bakıya gələndə məndən soruşdular sən Azərbaycanlısan? Dedim bəli. Ondan sonra mənə rus dilində sual verməyə başladılar.Mən deyəndə rus dilini bilmirəm, təəccüb etdilər. Dedimki mən cənubi Azərbaycanlıyam, onda başa düşmədilər. İndi Əhməd Obalının çəkdiyi zəhmətə görə, İran ərazisindəki milyonlarla Azərbaycanlı dünya ətrafında tanınır.Bu insan tək əli ilə elə iş edib ki, onu dayanmadan  qiymətləndirmək lazımdır”.

Əhməd Obalı “Cavan Azərbaycanlıların bu toplantıda çıxış etmələrini görmək möhtəşəmdir.Onların Amerikada kolleclərə getməsi bizə qürur verir.Biz onlardan öyrənə bilərik.Yeni nəsilin etdiyi iş,böyüklərə də motivasiya olur.”

 Toplantını maraqlı edən həm də Amerikada yaşayıb yaradan Azərbaycanlıların musiqi çıxışları oldu.Hər kəs öz töhfəsini verməyə çalışırdı.Kimisi musiqi,kimisi dəyərli fikirləri ilə. Beş saatadək davam edən görüş, icmanı daha da möhkəm etdi.Virtual görüş,icma üçün daha bir yeni imkan yaratdı.Bundan sonra Amerikadakı Azərbaycanlı və Azərbaycan sevərlər facebook üzərindən yeni yaradılan qrupla kompaktlaşacaqlar.Sonda Cənubi Azərbaycandan olan Ayparənin ifası hamını musiqi ilə birləşdirdi.

Toplantı bitdi.Amma mənim də qonaq olduğum evdə,Çikaqoda Əhməd Obalı ilə Nahidə Kəriminin evidə müstəqilliyin havasını yenidən yaşamağa  çalışdıq.Milli geyimlərimizi geyib,Azərbaycan musiqisinin istisinə uzaq Amerikadan Azərbaycana boylandıq.

Müstəqilliyin daimi olsun, Azərbaycan!

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11