GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30 19:13

7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

Gunaz.tv Quote | Gunaz article

İran Ərazi Planlaşdırma Qurumunun üzvü Məhəmməd Rza Məhbubfər, qəbiristanlıqların ətrafında təxminən 7 milyon 600 min iranlının yaşadığını və hal-hazırda, 38 milyondan çox insanın gecəqondularda yaşadığını elan etdi.

O, əlavə etdi: "2017-ci ildə İranın şəhər əhalisinin təxminən 40% -i gecəqondularda yaşayırdılar və pis məskunlaşmışdılar, lakin bu gün, üç ildən sonra, 2020-ci ildə, mənzil sektorundakı inflyasiya və yüksək qiymətlər, kirayə qalxma ilə yanaşı, ölkədə marginasiya nisbəti 45% -ə çatdı. O, belə davam etdi: "İranın 85 milyon əhalisi ilə müqayisədə bu 45% -ni hesablasaq, bu gün 38 milyondan çox insan marginallaşıb gecəqondularda yaşayırlar."

Məhbubfər, marginallaşmış əhali arasında narkomanların artan sayına toxunaraq belə dedi:  "Hətta bir çox şəhər qəbiristanlıqlarının kənarlarında, marginallaşmış insanlar var, bəzi sakinlər asılılığa üz gətiriblər və qəbirlərdə yaşayırlar ki bu ciddi bir fenomendən xəbər verir."

Məhəmməd Rza Məhbubfər daha sonra dedi: "Tehran, Məşhəd və Qum şəhərləri daxilində marginallaşmanın artması ilə yanaşı, iş elə bir yerə çatıb ki bir çox turizm bölgələri, tarixi yerlər, türbələr, Təkyələrdə marginallaşmış əhali yaşayırlar."  

marginallaşmış bölgələrin yayılması və əhalinin qəbiristanlıqların ətrafında yaşaması xəbərləri elə bir zamanda gündəmə gəlir ki bundan əvvəl xüsusilə də İslam Respublikası qurucusunun məzarının ətrafındakı qəbiristanlıqlarda fahişəlik və evsiz insanların qəbiristanlıqlarda yatması barədə xəbərlər yayılmışdı.

Milyonlarla tümən və minlərlə dollar bahasında olan qəbiristanlıqların dəyəri, artan marginallaşma və qəbiristanlıqlar ətrafında yaşamaq elə bir halda formalaşır ki İslam Respublikasının qurucusu, İrana ilk girdiyi vaxt Beheşt Zəhra  qəbiristanlığında etdiyi ilk danışmağında ölkənin Pəhləvi rejimi tərəfindən məhv edilməsini və qəbiristanlıqların abad olunmasını tənqid etmişdi və xalqa bolluq və onların dünya və axirətlərini abad etmələrini və pulsuz dövlət xidmətlərini vəd etmişdi.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11