GünazTV July.01.2020: ABŞ mediasının Parçin raket qurğusundakı partlayışa reaksiyası

2020-07-01 18:43

ABŞ mediasının Parçin raket qurğusundakı partlayışa reaksiyası

Gunaz.tv Quote | Gunaz article

ABŞ mediasının Parçin raket qurğusundakı partlayışa reaksiyası

 

Parçin-in Sursat sektorunda və xüsusilə ballistik raketlər üçün hərbi başlıqlarını istehsal edən bölmədə 27 iyul Cümə günü baş verən və Tehranın şərqini sarsıdan böyük partlayışdan sonra New York Times bir məqalədə belə yazdı:

"Keçən həftə Tehranın səmasını aydınlatan böyük bir partlayışdan sonra İran, Parçin hərbi bazasında qaz partlaması məsələsini tələsikli bir şəkildə elan etdi, lakin bu yalan idi. "Peyk görüntüləri partlayışın yeraltı tunellərlə dolu olan və çoxdan İranın böyüyən şübhəli arsenalının əsas sahəsi olan Parçin-in yaxınlığında yerləşən bir raket istehsalı müəssisəsində meydana gəldiyini göstərir."

New York Times qəzeti əlavə etdi ki, kommersiya peyk şəkillərində yanıq əlamətləri və partlayışın olduğu yer göstərilib və səbəb qəza, təxribat və ya başqa bir şey olmadığı məlum deyil. İran xəbər agentlikləri bu böyük bir partlayış üçün inandırıcı bir izahat kimi görünməyən bu çuxurdan başqa heç bir izi olmayan bir qaz tankerində kiçik bir deşik göstəriblər.

Associated Press də Tehranın şərqindəki Parçin Kompleksində baş vermiş partlayışla bağlı hesabatında belə bildirir: "Şənbə günü yayımlanan peyk görüntülərinə görə, İran paytaxtını sarsıtan bu partlayış Tehranın şərqindəki dağlıq ərazidə baş verdi ki təhlilçilər raket istehsal sistemləri və yeraltı tunellərin orada gizlətildiyini söyləyirlər.  

Cümə günü meydana gələn partlayışın nədəni tam olaraq hələm məlum deyil, lakin İranın partlayışa qeyri-adi reaksiyası beynəlxalq müfəttişlərin İranın nüvə silahı hazırlamaq üçün iyirmi il əvvəl sınaq keçirdiyi bir yerin yaxınlığında olması bir həssaslıq yaratıb.

The Wall Street Journal da Parçin saytının yaxınlığında baş verən partlayış haqqında belə məlumat verib: İranda əsas hərbi bir yerin yaxınlığında böyük bir partlayış baş verdi. İran Müdafiə Nazirliyi hadisəyə Parçin sivil ərazisindəki sənaye qaz anbarının partlaması səbəb olduğunu söylədi. Parçin Hərbi Bazası, raketlərin və döyüş sursatının inkişafı və istehsalına həsr olunmuş nəhəng bir kompleksdir və bir neçə sınaq sahəsini əhatə edir.

Mütəxəssislərin fikrincə, Parçin, ən azı 2004-cü ilə qədər nüvə silahı üçün istifadə edilə bilən partlayıcı maddələrin sınanması üçün istifadə edilmişdir. "Xəcir" raket saytı da partlayışın baş verdiyi ərazidə yerləşir.

 The Wall Street Journal, cümə günü baş verən partlayışın qəza və ya təxribat olub olmadığına dair suallar yarada biləcəyini əlavə edib.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05