GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02 18:58

İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

Gunaz.tv Quote | Gunaz article

İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

 

İqtisadi vəziyyətin pisləşməsi və işçilərin maaşlarının bir neçə ay gecikməsi ilə birlikdə İranda işçi etirazları yeni mərhələyə qədəm qoyub. Bununla əlaqədar Buşehr Bələdiyyəsindəki bir sıra zibil toplama işçiləri etisaba və tətilə gələrək maaşlarının verilməməsinə etiraz etdilər.

Bir neçə aydır maaşları verilməyən Buşehr bələdiyyə tullantı işçiləri, 30 İyul Çərşənbə axşamı Buşehr mərkəzində toplaşaraq, podratçının istefasını və bələdiyyənin işçilərlə birbaşa sözləşmə bağladığını tələb etdilər.

"Biz podratçı və peymankar ilə muxatəb olmaq istəmirik, bələdiyyə tərəfimizdə olsun istəyirik, bu istidə hüquqlarımızı istəyirik" dedi işçilərdən biri. Bu işçilərin hamısı acdır. Bir qəpik bilə cibimizdə yoxdur. Uşağımın orduya getmək üçün biletini ödəməyə pulum yoxdur."

Həft Təppə NeyŞəkər Şirkətinin bir qrup etirazçı işçisi də etisab və tətilin 16-cı günü Şuş küçələrində yürüş etdilər.

Sosial mediada yayılan məlumatlara görə, etirazçılar 30 İyul Çərşənbə axşamı günü Şuş Qubernatorluğu qarşısında toplaşdılar və sonra İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə qarşı şüarlar ataraq Şuşun mərkəzi meydanına yürüş etdilər.

Ayrıca, ILNA xəbər agentliyinə görə, bəzi işçilər simvolik olaraq qubernatorluğun qarşısında boş bir masa və süfrə yayaraq gecikmiş maaşlarının ödənməsini tələb etdilər.

Əvvəlcə də Həft Təppə NeyŞəkər Şirkətinin işçiləri, keçən ilki etiraz aksiyaları zamanı bir neçə dəfə tətilə girmişdilər, bir sıra etirazçı işçilər həbs olunmuşdular və məhkəmə tərəfindən həbsxanaya atılaraq döyülmüşdülər. Bu işçilərin bir qismi, o cümlədən İsmayıl Bəxşi və Məhəmməd Xənifəri işdən çıxarılmışdılar.

Güney Azərbaycanda da işçi etirazları artmaqdadır,  o cümlədən Urmudakı Ana Otelinin işçiləri işdən çıxarılmasına və maaşlarının verilməməsinə etiraz olaraq etisab və tətilə çıxıblar.

Otel rəhbərliyi bir il ərzində işçilərinin maaşlarını və sığorta haqlarını ödəmədikləri halda onları işdən çıxarıb.

Qeyd etməliyik ki hökumətin işçilərin maaşlarını ödəyə bilməməsi və Güney Azərbaycanda və İranda işçi etirazlarının davam etməsi, korrupsiya, rüşvət və milyardlarla dollar pulun çalınmasının ölkədə adi bir hadisəyə çevrildiyi bir vaxtda gəlir.  

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01