GünazTV July.04.2020: Amerika Birləşmiş Ştatlarında son bir gündə Corona virusuna yoluxanların sayıında rekord artım var

2020-07-04 18:31

merika Birləşmiş Ştatlarında son bir gündə Corona virusuna yoluxanların sayıında rekord artım var

Gunaz.tv Quote | Gunaz article

 

Amerika Birləşmiş Ştatlarında  son bir gündə  Corona virusuna yoluxanların sayıında rekord artım var.Bir gündə 55 min 274 yeni virusa yoluxma olub.Bu dünyada bir gündə tək bir ölkədə görülən ən yüksək yoluxma olaraq  qeydiyyata düşüb. Bunadək ən cox yoluxma Brazilyada  qeydə alınmışdı.54  min 771 insan.Amerikada indi  2 milyon 850 min insan virusa yoluxub. Ölənlərin sayı isə  bugünədək 130 min olub. Ümumilikdə Amerikada 50 ştatdan  37-də Corona virusuna yoluxnların sayında artim müşadidə olunur.Ən yüksək rəqəmlər  Florida və Californiyadadır. Masqa taxmaq məcburiyyəti olan  Texas Ştatında isə son bir gündə 8 min  insan virusa tutulub.  Kansas ştatında da masqa taxmaq məcbiriyyəti var. Maskasız küçəyə çıxanlara birinci dəfə yazılı xəbərdarlıq edilir.İkinci  dəfə bunu edənlərə isə 250 dollar cəza  kəsilir.  Texas ştatının qubernatorunu eşidək.

‘’Son bir necə həftəfə virusa yoluxanların sayında ciddi artım müşahidə edildi.Biz virusun yayılmasını azaltmalıyıq.Lakin bu dəfə bunu  Texasa kilid vurmaqla etmək istəmirik.’’

California  qubernatoru  Gavin Newsom açıqlamasında deyib ki, “ Böhrandan  çıxmamışıq. Hələdə dalğanın içindəyik.Hər bir kəs məsuliyyətli olmalıdır”. Sitatın sonu. Ümumdünya Səhiyyə təşkilatının ən son məlumatına görə Covid 19-a tutulanların sayı dünyada 11  milyon, ölənlər isə 525 min nəfərə çatıb. Təşkilatın rəsmisi doktor Tedros Adhanom deyib ki, hər gün 160 mindən çox təzə keys onlara daxil olur.

“Bizim əlimizdə olan keyslərin 60 faizi son aydandır.Biz həmişə bunu demişik və deyirik.Əgər biz bu pandemiyanın üzərindı qələbə çalmaq istəyiriksə bu sahədə qlobal addım atmalıyıq.Biz tapmalıyıq, test etməliyik və hər bir keysə ciddi yanaşmalıyıq. Çünki bir məlumatsız  həkim və ya bir məlumatsız xəstə virusun yayılması üçün kifayətdir.Biz təkcə sosial məsafə qorumalı, test etməli, maska taxmalı deyilik, həmçinin bunları birlikdə etməliyik.”

 Ümumdünya səhiyyə təşkilatı xəbərdarlıq edir ki, payız gəlmədən virusun yayılmasını azaltmaq lazımdır. Onlar ölkələri payıza hazırlıq üçün sistem qurmağa çağırırlar.Bu sistemə həmçinin payızda kütləvi qrip əleyhinə vaksinlərin edilməsi də daxildir. 

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: “Coronovirus dünya insanı ilə hələ bir neçə il qala bilər”

2020-08-03

gun az article

İranda daha 2598 koronavirusa yoluxub, 215 nəfər vəfat edib

2020-08-03

gun az article

Xomeyninin məqbərəsinin zirzəmisi muzeyə çevriləcək: 250 milyard tümən ayrılır

2020-08-03

gun az article

Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"

2020-08-03

gun az article

Əli Mütəhhəri: “İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı repressiyalarına göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır”

2020-08-02

gun az article

İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib

2020-08-02

gun az article

İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-02

gun az article

İranda tanınmış kinorejissor koronovirusdan vəfat edib

2020-08-02

gun az article

İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: İsrail İranın nüvə saytlarına ehtimali hücum üçün hazırlaşır

2020-08-01

gun az article

İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı

2020-08-01

gun az article

Tehranda son 2 həftədə koronavirusa yoluxanların əksəriyyəti gənclərdir

2020-08-01

gun az article

Ağ Ev: "İran hökuməti sülh və təhlükəsizliyi təhdid etməyi dayandırmayana qədər sanksiyalar davam edəcək"

2020-08-01

gun az article

İranda növbəti dəfə yanğın baş verib

2020-07-31

gun az article

GünazTV July.31.2020: Los Angeles polisi onların aqressiv davranışlarının qarşısını almaqda aciz qalıb

2020-07-31

gun az article

İranın Rəşt və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

2020-07-31

gun az article

Ağdamda 2 ədəd İran istehsalı minaatan mərmisi aşkarlanıb - FOTO

2020-07-31

gun az article

Xamneyi: "Amerika ilə müzakirəyə qarşıyam"

2020-07-31

gun az article

İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-31