GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08 18:44

“F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

Gunaz.tv Quote | Gunaz article

 “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

    Coronavirusdan sonra Amerikada dəyişən siyasətdən biri də ölkənin immiqrasiya vəziyyəti oldu.Prezident Donald Tramp ardıcıl olaraq qərarlar  imzalayaraq əvvəlcə H1B və Green kard sahiblərinə Amerikaya girişi 3 aylıq qadağa qoysa da sonradan bu qərar yanvarın 1-dək uzadıldı. Qərardan təsirlənən minlərlə insanların sırasına Amerikada təhsil alan tələbələr də qoşulur. Amerikada tələbə vizası ilə olan şəxslər ölkədən çıxarıla bilər. Beləki, bu barədə Birləşmiş Ştatların İmiqrasiya və Gömrük mühafizə dairəsinin təlimatında deyilir.Əksər universitetlər payızdan təhsillərini online həyata keçirməyə qərar veriblər.Dünyaca məşhur olan Harvard Universiteti  2020-2021 akademik il  boyunca dərsləri online edəcəklərini elan edib.Bu da öz  növbəsində göstərir ki,tələbələr təhsillərini ölkələrindən də ala bilərlər.Bunla belə təlimatda deyilir ki,əgər hər hansı bir universitet bütün dərsləri online etməyəcəksə onda həmin tələbələrin ölkəni tərk etməsinə ehtiyac yoxdur.ICE tərəfindən edilən  açıqlamada  açıq deyilir ki, təhsilini online alan xarici tələbə, ya online olmayan məktəbə keçməli ya da ölkəni tərk etməlidir. Bunu etməyənləri deportasiya gözləyir. Hər bir tələbə oxuduğu universitetdən təhsilinin online olmamasına dair sənəd əldə edərək miqrasiya idarəsinə təqdim edəcək.ICE-ın təlimatı akademik və peşə təhsili alan tələbələri əhatə edən  F-1 və M-1 viza sahiblərini düşündürür.Dövlət Departamenti isə  2019 ildə  388 min 839 nəfərə  F, 9 bin 518 nəfərə isə  M vizası veridiyini açıqlayıb.Qərarın daha yolda olan neçə tələbəni təsirləndirəcəyi bəlli deyil.Lakin  xarici tələbələrin hamısı təhsil haqqını tamamən ödədikləri üçün  bu da problem olaraq görülür.Digər tərəfdən əcnəbi tələbələr Amerikadakı  universitetlər üçün vacib  gəlir mənbəyidir.

    Yeni dərs ili Amerikalı tələbələr üçün də problem yaradıb.Ştatlardan gələn xəbərlərdə deyilir ki, böyük ehtimalla payızda dərs ili online həyata keçiriləcək.Bu barədə ailələrə göndərilən məktubda da açıq yazılıb.Amma  qərar prezident Donlad Trampı razı salmayıb.O, hesab edir ki, məktəblər açılmalıdır və bununla bağlı qubernatorlarla danışacaq.

“Biz ümid edirik payızda məktəblərin çoxu açılacaq.Biz istəmirik insanlar bu məsələdən siyasi maraqlar üçün istifadə etsinlər. Bəzi siyasi qüvvələr istəyirki məktəblər bağlı qalsın onlar da bundan noyabrda istifadə etsinlər. Mən buna qətiyyən içazə verməyəcəm.Məhz buna görə biz qubernatorlara təzyiq edəcəyik ki, məktəbləri açsınlar. Bu bizim ölkəmiz və dünya üçün çox vacibdir.Məhz buna görə addımlarımızı davam etdirəcəyik.”  

 Tramp  Twitter üzərindən açıqlamasında da demişdiki, Demokratlar məktəblərin tibbi  səbələrlə deyil, siyasi maraqlara görə bağlı qalmasını istəyir.Amerika prezidenti həmçinin  virusa  yoluxanların sayında artım olduğunu,ölüm faizlərinin aşağı endiyini, xəstəliyə yoluxan gənclərin isə  sürətlə sağaldığını söylədi.Artıq açılma və açıq qalma zamanıdır.Yoluxmaların artacağı təqdirdə ortaya çıxan problemləri həll etmək üçün işləyirik.Sitatın sonu.Amerikada xəstəliklərə nəzarət mərkəzi olan  CDC isə təklif edirki, məktəblər növbəli təhsilə keçərək, masalar bir-birindən uzaq yerləşdirilməlidir.CDC rəhbəri  Robert Redfield isə bir müddət əvvəl yeni dərs ilində  məktəblər bağlı qalmayacaq açıqlamasını etmişdi. Xatırladaq ki, bu günədək Amerikada coronovirusa tutulanların sayı 3.3 milyondur.Təkcə son sutkada yoluxanların sayı 46 min olub. Virus səbəbilə həyatını itirənlərin sayı isə 133 mindir.

Qənirə Ataş, GünazTV, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: “Amerika Birəşmiş Ştatları İrana qarşı embarqoları uzadacagına əmindir”

2020-08-06

gun az article

Əfqanıstan səhiyyə naziri: “Ölkə əhalisinin üçdə biri koronavirusa yoluxub”

2020-08-06

gun az article

İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06

gun az article

İranın Qum şəhərində daha 1 məhkum dara çəkilib

2020-08-06

gun az article

İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb

2020-08-06

gun az article

İranda daha 174 ölüm halı ilə koronavirisdan vəfat edənlərin sayı 17 976 nəfərə çatıb

2020-08-06