GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08 18:36

Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

Gunaz.tv Quote | Gunaz article

Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

Son günlərdə Qərbi Azərbaycan vilayətinin adının silahlı Kürd cərəyanlarınnın tərəfindən Kürd vilayətləri siyahısına daxil edilməsi, yayılmaçı və iddialı xəritələrin ortaya qoyulması və ərazi iddialarının irəli sürülməsi kimi düşünülməmiş hərəkətlərin təkrarlanması, iki qardaş və qonşu türk və kürd millətinin regional barış və dinc yanaşı yaşamasını bir daha təhlükəyə salıb.

Kürdlər, Yaxın Şərqdə yaşayan bir millət olaraq, mədəni və siyasi hüquqlarını əldə etmək üçün çalışırlar. Lakin PKK-nın başçılıq etdiyi silahlı və terrorçu qruplar, kürdlərin hüquqları uğrunda mübarizəni, yanlış bir yönə yönləndirərək onu terror xarakterli bir silahlı mübarizəyə çeviriblər. Bu səbəbdən PKK ABŞ, Avropa Birliyi, Türkiyə və bir çox başqa ölkələr tərəfindən terrorçu bir qrup olaraq tanınıb.

İşin maraqlı yanı budur ki PKK, Suriyadakı Bəşər Əsəd və İrandakı İslam Respublikası ilə çox vaxt dostluq münasibətləri içərisindədir. Kürdlər Suriya əhalisinin təxminən səkkiz faizini təşkil edir, ancaq PKK-nın Suriyadakı qolu olan PYD, xəyal etdiyi Aralıq dənizi sahilinə qədər uzanan Şərq-Qərb terror dəhlizini reallaşdırmaq üçün Suriyadakı vətəndaş müharibəsindən faydalanaraq ölkə ərazisinin üçdə birini işğal edib.

Ancaq Türkiyənin Suriyanın şimal bölgələrinə girməsi PKK / PYD terror dəhlizinin yaranmasının qarşısını aldı. İraqda da ərazi genişləndirilməsi və 2017-ci ildə Türkmənlərə aid olan Kərkük şəhrini işğal etmələri kürdlərin uğursuzluğuna səbəb oldu.

İndi isə kürd silahlı və terrorçu qruplaşmalar, o cümlədən PJAK və başqaları Qərbi Azərbaycanda Şimal-Cənub terror dəhlizi qurmağa çalışırlar. Görünən budur ki, 1979-cu ildə qurulduğu gündən bəri bölüşdürmək və böhran yaratmaqla öz həyatını sürdürən İran İslam Respublikası indi "böl və idarə et" siyasətindən faydalanaraq kürd silahlı qrupları ilə ikili oyun oynamağa girib.

Təəssüf ki, bu dəfə də kürd silahlı qrupları səhv yola getdiklərini sübut etdilər və daha böyük və qonşu millətlə dostluq etmək və coğrafi və tarixi cəbr və determinizm gerçəklərini anlamaq və yaxşı qonşuluq siyasətinə sadiq olmaq yerinə bir daha ərazi yayılmaçılığı və qərbi Azərbaycanda torpaq iddiaları kimi təhlükəli oyunlara girməyi seçdilər. Onlar bir daha intellektual və siyasi yetkinliyə çatmaq üçün qarşılarında gedəcəkləri uzun bir yolun olduğunu və yenə də regional və qlobal güclərin əlində oyuncaq olduqlarını və İslam Respublikası meydanında oynadıqlarını bir daha sübut etdilər.

Kürd silahlı və terrorçu qrupları unudublar ki, Güney Azərbaycan türkləri hər nə qədər səxavət və qonaqpərvərliklə tanınsalar da, bir o qədər də öz torpaqlarının bir ovucunu qorumaq üçün canlarını və mallarını səxavətlə qurban verəcəklər.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-14

gun az article

Evin zindanında saxlanılan milli fəallar: Dövlət televiziyasında yayımlanan reportaj gülünc və yalandır

2020-08-14

gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11