GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03 18:44

İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

Gunaz.tv Quote | Gunaz article

İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər  

 

Corona virusa görə qoyulmuş məhdudiyyətlər səbəbindən bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının şəhərləri boşaldılsa da, son günlər ABŞ şəhərlərinin mərkəzi küçələri polislərin qaralarla davranışları və zorakılığına qarşı etiraz edən Nümayişçilərlə dolubdur.

Qaradərili Corc Floydun Minneapolis polisi tərəfindən öldürülməsinə etiraz olaraq başlayan irqi etirazlar ABŞ-ın təxminən 80 şəhərində davam edir. Müşahidəçilərə görə, bu, 1968-ci ildə Martin Lüter Kinqin öldürülməsindən bəri ABŞ-dakı ən böyük irqi etirazlardır.

ABŞ-dakı etiraz və iğtişaşlar, Rusiya, Çin və İran da daxil olmaqla avtoritar rejimlərin ABŞ-dakı insan haqları vəziyyətini tənqid etməsinə bir fürsət yaradıb.

Buna bağlamda, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying, Çinin Hong Kongdakı demokratiyanı zəyiflətmək və "bir ölkə, iki sistem" prinsipini pozmaq cəhdlərini tənqid edən amerikalı həmkarı Morgan Ortegasın bir tvitinə metafora istifadə edərək "Mən nəfəs ala bilmirəm" deyə bir tvit yazdı.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də belə tvit etdi: "Bəzi insanlar düşünürlər ki qaradərililərin həyatlarının əhəmiyyəti yoxdur; zəncilərin həyatlarının əhəmiyyətli olduğuna inananların diqqətinə: Dünyanın irqçiliyə qarşı mübarizə aparmaq vaxtı gəldi."

Məhəmməd Cavad Zərif və Hua Chunying elə bir halda ABŞ-dakı insan haqları vəziyyəti ilə bağlı tweet yazırlar ki həm İran, həm də Çin rejimləri dünyada insan hüquqlarının əsas pozucuları olmuşdur. Məsələn, İranda fars olmayan millətlər, qadınlar və qeyri-şiələrə qarşı sistematik olaraq ayrıseçkilik uyğulanır və milli, cinsi və dini bir aparteid rejimi var və Cənubi Azərbaycan türklərinin İran sakinlərinin nisbi əksəriyyətini təşkil etdiklərinə baxmayaraq ana dillərində təhsil almaları qadağandır.

Çindəki vəziyyət də İrandakı durumdan yaxşı deyil, çünki uyğur türklərinin əksəriyyəti beyin yuyulmaq və dillərini, mədəniyyətlərini və kimliklərini unutdurmaq üçün Şərqi Türküstandakı konsentrasiya düşərgələrinə göndəriliblər.

İran və Çin hökumətləri ABŞ polisinin Qaradərililərə qarşı zorakılığına etiraz etmələri elə bir halda gəlir ki İranda və Çində etiraz aksiyaları keçirmə imkanı yoxdur və İran-da ötən ilin noyabr ayındakı etiraz aksiyaları zamanı minlərlə insan gülləyə bağlanaraq öldürüldü və 1989-cu ildə Çinin Tiananmen meydanında keçirilən etiraz aksiyaları zamanı minlərlə insan artilleriya və tanklarla hədəfə alındı.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11