GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05 18:41

Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

Gunaz.tv Quote | Gunaz article

ABŞ, Pekin hökumətinin təhlükəsizlik qanunlarını təsdiqlədikdən sonra bölgənin muxtariyyətini tanımayacağını və Hong Kongun ticarət güzəştlərini ləğv etməyi planlaşdırdığını bildirdi.

Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikası hökumətinə Hong Kong təhlükəsizlik işlərini öz üzərinə götürmək imkanını verdiyi üçün bu yaxınlarda Çin Milli Xalq Konqresi tərəfindən qəbul edilən yeni bir qanuna etiraz edir.

Hong Kongdakı demokratiyanın tərəfdarları hesab edirlər ki, Çinin təhlükəsizlik qanunu Hong Kong xalqının demokratik hüquq və azadlıqlarının itirilməsinə səbəb ola bilər. Yeni qanunun qəbulu Qərb rəsmiləri və hökumətləri tərəfindən geniş tənqidlərə səbəb olub.

O cümlədən ABŞ rəsmiləri, əgər bu tətbiq olunarsa, Hong Kong üçün xüsusi bir mövqe tuta bilməyəcəklərini və Hong Kong və materik Çin ilə münasibətlərə bənzər bir yanaşmaya məcbur edəcəklərini söyləyiblər.

Reuters xəbər agentliyi xəbər verir ki, ABŞ Çinə təzyiqlərini artırarsa, ən pis ssenari bu ilin yanvar ayında imzalanan iki ölkə arasında ticarət müqaviləsinin ləğvi olunma ehtimalıdır. Razılaşmaya əsasən, Çin iki il ərzində ABŞ-dan 32 milyard dollar daha çox kənd təsərrüfatı məhsulları almağa söz verdi.

Halbuki Amerikan şirkətlərinin istehsal etdiyi 10 ilə 20 min ton donuz ətinin Çinə satışları ləğv edilib və qarğıdalı və pambıq ticarəti də dayandırılıb.

ABŞ və Çin arasındakı gərginliyin artmasının bir əlaməti olan başqa bir inkişafda də, ABŞ, Çin yolcu uçaqlarının giriş və çıxışlarını qadağan edəcəyini açıqladı. ABŞ hökumətinin Çin hökumətinə ABŞ-ın Çinə uçuşlarına qoyulan məhdudiyyətləri ləğv etməsi üçün təzyiq göstərmək qərarı iyunun 16-dan qüvvəyə minəcəkdir.

ABŞ Nəqliyyat Nazirliyi Pekin, tərəflər arasında razılaşmalara baxmayaraq, Coronavirusu səbəbilə uyğulanan məhdudiyyətlərdən sonra ABŞ uçuşlarının yenidən bərpa olunmasına mane yaratdığını söylədi.

ABŞ hətta Çinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Bloomberg News xəbər verir ki, ABŞ hökuməti Çin hökumətinin Hong Kong yarı muxtar bölgəsində yeni təhlükəsizlik qaydaları tətbiq etmək planına mümkün reaksiya olaraq Çinə qarşı sanksiyaları nəzərdən keçirir. Məlumata görə, mümkün sanksiyalar bir sıra Çin rəsmilərini, şirkətləri və maliyyə qurumlarını hədəf ala bilər.

Bundan əvvəl, dövlət katibi Mayk Pompeo, Çinin Hong Kongla əlaqəli yeni təhlükəsizlik qanununun, ölüm zəngi kimi yarımadanın muxtariyyətini təhdid etdiyini söyləmişdi.

Çinin Hong Kongdakı müdaxilələrinə qarşı çıxma ABŞ ilə məhdudlaşmır və keçmiş müstəmləkəsi olan İngiltərə, Çinin Hong Kongda hərəkətlərindən narahatlığını ifadə edib.

Bu bağlamda, İngiltərənin Baş naziri Boris Johnson Hong Kong'un South China Morning Post'a yazdığı bir yazıda belə dedi: "Çin yarımadada yeni təhlükəsizlik qaydaları tətbiq edərsə, İngiltərə milyonlarla Hong Konglunun Britaniya vətəndaşı olmasına yol açan immiqrasiya qaydalarını dəyişdirəcəkdir."

Hal hazırda Hong Kongdakı bir çox insanın özəl pasportlariyla İngiltərədə altı ay vizasız qalabilmələrinə icazə verilir. Bu tip pasport bu insanlara 1997-ci ildə Hong Kongun suverenliyini Çinə təhvil verməzdən əvvəl verilmişdi.

Çin hökuməti İngiltərənin Hong Kong sakinlərinə vətəndaşlıq vermə qərarı ilə əlaqədar xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijan, İngiltərə hökumətinin "müstəmləkə düşüncəsini" dəyişdirməli və Hong Kong torpaqlarının əbədi olaraq Çinə qaytarıldığını qəbul etməli olduğunu söyləyib.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09

gun az article

Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"

2020-07-09

gun az article

İranda daha 221 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 12 305 nəfərə çatıb

2020-07-09

gun az article

Bağdadda məşhur siyasi ekspertin terroruna etiraz olaraq, Xamneyiyə qarşı şüarlar səsləndirilib

2020-07-09

gun az article

İranda azı 7 deputat koronavirusa yoluxub

2020-07-09

gun az article

İran mediası "Fatimeyi-Zəhra" məscidinə görə Azərbaycanı hədəfə alıb

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08

gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08

gun az article

İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub

2020-07-08

gun az article

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

2020-07-08

gun az article

Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb

2020-07-08

gun az article

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

2020-07-08