GünazTV June.29.2020: Amerikada Coronavirusa tutulanların sayında sürətli artım olan ştatlar, normala dönmə mövzusunda addımlardan geri çəkilir

2020-06-29 18:46

Amerikada Coronavirusa tutulanların sayında sürətli artım olan ştatlar,  normala dönmə mövzusunda addımlardan geri çəkilir.

Gunaz.tv Quote | Gunaz article

Amerikada Coronavirusa tutulanların sayında sürətli artım olan ştatlar,  normala dönmə mövzusunda addımlardan geri çəkilir. Əhalisinin sayı çox olan  California, Florida və Texasda rəsmilər bu mövzuda  addımlar atır. Floridada bazar günü  son 24 saatda  9.585 yeni virusa yoluxan qeyd edilmişdi.California Valisi Gavin Newsom ştatın  7 bölgəsində   barların bağlanmasını əmr vedi. Bu bölgələr arasında ölkənin  ikinci ən böyük şəhəri olan  Los Angeles də var. Mütəxəsislər deyirlərki, ehtiyyatlı olmaqla bağlı xəbərdarlıqları  dinləməyən ştatlarda virusa tutulanların sayında artım  olduqça çoxdur. Proqnozlara görə ikinci dalğa bu ştatlarda daha çox narahatlıq yarada bilər. Daha əvvəl mərkəz  New York olmuşdu.İndi Nyu Yorkda rəqəmlərdə eniş var və   yenidən açılma planları aparılır.  Nyu York qubernatoru Andrew Cuomo yeni keyslərdə artım müşahidə edildiyi üçün, bəzi sərt qərarlar verməyə məcbur olduqlarını dedi.

“Biz əmin olmalıyıq ki, Nyu Yorkda rəqəmlərdə azalma olsun.Bu düşüncə məni oyaq da saxlayır. Biz əmin olanadək, durumu nəzarətdə saxlamağa çalışacayıq. Biz həmçinin əmin olmalıyıq virus digər ştatlardan bizə gəlməsin. Bu məsələdən artıq dərs çıxartmışıq.Elan edirəm ki, Nyu York, Nyu Jersey və Konnek-ti-kut ştatlarına istər ölkə xaricindən, istərsə də virus sayı çox olan ştatlardan gələnlər 14 gün qarantində saxlanacaq. Bizim ştatlar üçün bir nəzarət ölçümüz var. Əgər o ştatlarda rəqəm yüksələrsə təbii ordan gələn insanlar da qarantinə daxil olacaq.Biz bunu ona görə edirik ki, çətin bir prossesdən sonra rəqəmləri endirmişik və biz onun təzədən yüksəlməsini istəmirik.Çünki Nyu Yorka gələnlərin infeksiya gətirmək riski ola bilər”

Virusa tutulanların sayında  azalma olan ştatlarda belə normala dönmə addımlarının ardından rəqəmlərdə yüksəliş hiss edilir.Michiganda  bir barda  90 kişinin bir anda virusa yoluxduğu xəbəri gəldi.Florida,Arizona və Georgiada da virus sürətlə yayılır.Amerika prezidentinin köməkçisi  Mike Pence Florida və Arizonadakı seçki kompaniyalarını ləğv edib.Pence,virusla mübarizədə ikinci dalğa olarsa yetərli sayda avadanlıqların olduğuna söylədi. Ameriaka Prezidentinin maska taxmağı məcburiyyət bilməməsi də ölkədə müzakirə mövzusudur.Donald Trump maska taxımağı, yalnız sosyal  məsafənin olmadığı şərtlərdə məqbul sayır.Amerika Təmsilcilər Məclisinin Demokrat rəhbəri Nancy Pelosi də  Trump hakimiyyətini tənqid edib. Pelosi hesab edir ki, masqa taxılması əslində məcburiyyət halına gətirilməli idi. Xatırladaq ki,dünya  virusa yoluxanların sayı 10 milyonu keçib.Amerikada Coronaya tutulanların sayı isə 2.5 milyonu ötüb.Virus səbəbilə ölənlərin sayı 130 minə çatıb. Amerika Birləşmiş Ştatları indi virusa tutulanların sayına görə dünyada birincidir. Belə hesab edilirki, buna səbəblərdən biri də Amerikada testlərin sürətli aparılmasıdır.Testlər artdıqca virusa yoluxanların sayı da dəqiq bəlli olur. Bir çox ölkədə isə testlər ödənişli və məhdudiyyətli aparıldığı üçün virusa yüngül formada yoluxanlardan xəbərsiz olurlar.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda boş evlərdən vergi tutulacaq

2020-07-15

gun az article

Həsən Ruhani prezidentlik postundan istefa verməsi ilə bağlı deyilənləri rədd edib

2020-07-15

gun az article

İranda daha 199 nəfər koronavirusdan vəfat edib, 2388 nəfər xəstəliyə yoluxub

2020-07-15

gun az article

Rəsmi Kiyev: "İranın təyyarəmizi vurması ilə bağlı çoxlu suallarımız var"

2020-07-15

gun az article

İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”

2020-07-15

gun az article

İranın İsfahan və Yasuc şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-15

gun az article

İlam əyalətində “Covid-19” infeksiyasına yoluxanların sayı 4386 nəfərə çatıb

2020-07-14

gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14

gun az article

Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14

gun az article

İranda daha bir zavodda partlayış baş verib

2020-07-14

gun az article

Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb

2020-07-14

gun az article

Kirmanşah həbsxanasında daha 1 məhkum edam edilib

2020-07-14

gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yoluxub, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13