SON XƏBƏRLƏR

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

2021.12.02, 11:52
Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Gunaz.tv

Belə ki, 7-10  oktyabr tarixlərində İstanbulda “3-cü Maltəpə Beynəlxalq Teatr Festivalı”  keçirilib. Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. 

Onun sözlərinə görə Festivalda Ukrayna, Rusiya, Özbəkistan, İspaniya, Cənubi  Kipr  və Türkiyə  Cümhuriyyətinin  müxtəlif  dövlət və bələdiyyə teatrları iştirak ediblər. Anar Burcəliyev  həmçinin  bildirib ki, “Festival

komitəsinin qərarına əsasən iştirak edən teatr qrupları Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna, Özbəkistan teatrlarından olan jüri tərəfindən 10 nominasiya - ən yaxşı tamaşa, ən yaxşı kişi aktyoru, ən yaxşı qadın aktrisası,

ən yaxşı ikinci dərəcəli kişi aktyoru, ən yaxşı ikinci dərəcəli qadın aktrisası eləcə də Emin Olcay adına istedadlı və gənc aktyor, Hayat Olcay adına istedadlı və gənc aktrisa, ən yaxşı səhnə tərtibatı və ən yaxşı  geyim üzrə  mükafatlandırılmalar olub”. 

Teatrşünas-tənqidçi Anar Burcəliyev əlavə olaraq onu da bildirib ki,  “Festival  proqramı  çərçivəsində  Serbiya Dövlət Teatrının bədii rəhbəri və direktoru  İvana Nedeljikoviç “Tamaşa zamanı emosiyaların idarə edilməsi”,

Gəncə  Dövlət  Dram Teatrının gənc  rejissoru Elşad Əhmədov “Aktyor müşahidəsi və xarakter analizi”,  Ukrayna  Teatrının  aktrisası  Natalya  Polovyanka “Söz və səs”,  İspaniya-Qaliçya  Dövlət  Teatrının  aktrisası isə  “Səhnədə hərəkətin  idarə  olunması”  adlı  ustad dərslərini də keçmişlər. 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar