SON XƏBƏRLƏR

Zəncanda daha bir molla qadınlar tərəfindən döyülüb

2022.09.05, 09:50
Zəncanda daha bir molla qadınlar tərəfindən döyülüb

Gunaz.tv

Mediada "Höccətülislam Fəttahi" kimi təqdim olunan axund mediaya verdiyi açıqlamada sentyabrın 3-də 3 hicabsız qadına irad bildirdiyinə görə onlar tərəfindən yumruq və təpik zərbələrinə məruz qaldığını deyib. Bildirib ki, yıxıldıqdan sonra qadınlar onu yerdə təpikləyib.

"Məni ağır şəkildə döyən qızlardan biri siyasi fəallardan birinin yaxın qohumu olduğunu deyib və mənim başıma oyun açacağı ilə hədələdi"-deyə, axund Fəttahi qeyd edib.

Qeyd edək ki, sentyabrın 31-də də Qum şəhərində oxşar məsələyə görə, iki axund qadınlar tərəfindən döyülmüş, ağır bədən xəsarətləri ilə xəstəxxanaya yerləşdirilmişdilər.

 Özəlliklə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Son bir neçə ay ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həlak olub.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar