Etirazçılar ölkədə inflyasiya və bahalığın tüğyan etdiyini bildirib, buna baxmayaraq, əmək haqlarının qaldırılmadığını deyiblər.
Narazılar bir sıra işçilərin əmək haqlarının yalnız 10 faiz artırıldığını və bunun mövcud inflyasiya ilə uyğun olmadığını bildiriblər.
Bununla bağlı müraciətlərinin cavabsız qaldığını vurğulayan narazılar hakimiyyət nümayəndələrinin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.
Aksiyaçılar bildirib ki, belə bir şəratdə işi davam etdirmək çətin olacaq.
Timur