SON XƏBƏRLƏR

“Kəndli mühəndislər- robototexnika dərnəyi”-Zaqatalalı müəllim layihənin qalibi olub

2021.12.18, 09:55
“Kəndli mühəndislər- robototexnika dərnəyi”-Zaqatalalı müəllim layihənin qalibi olub

Gunaz.tv

Sentyabrın 15-dən başlanmış layihə 2022-ci ilin yanvarın 15-qədər davam edəcək. 

“Zaman sürətlə axır. Ətrafda baş verən hadisələr də bu axıntıya qarışaraq sürətlə dəyişir. Bu gün robototexnika, avtomatika, mühəndislik dünyanın ən aparıcı sahələrindən biridir. 

Biotexnologiya, biotibbi avadanlıqlar, aerodinamika, mikrobiologiya, intensiv kənd təsərrüfatının inkişafı bunu deməyə əsas verir. Nə qədər təhsilli və ixtisaslı kadr yetişərsə ölkə iqtisadiyyatı da bir o qədər güclənər”-layihə haqqında məlumat verən Nəzakət Məmmədova bildirib.

NZrSNsP.jpg

Onun sözlərinə görə, yüksək ixtisaslı kadrların yetişməsi üçün uşaqlarda erkən yaşlardan təhsilə marağı artırmaq lazımdır: 

“Ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır. 

Məhz buna görə də orta məktəblərdə bu sahələri genişləndirmənin və təkmilləşdirmənin yolu tədris kurikulumları ilə paralel olaraq dərsdənkənar elmi, yaradıcı, texniki və praktiki dərnəklərin və bu sahəyə uyğun müxtəlf yarışların keçirilməsidir. Belə yarışların başında Azərbaycan Robot Olimpiadası,  Dünya Robor Olimpiadası (WRO), FİRST LEGO LEAGUE (FLL) durur”. 

Azərbaycanda mühəndislik və robotexnika sahəsindəki yarışlar demək olar ki,  özəl təhsil müəssisələrinin və Bakı şəhəri ümumi təhsil müəssisələrinin hesabına düşür. 

Layihə rəhbəri bildirib ki, özəl təhsil müəssisələrində dərsdənkənar ödənişli dərnəklər və təlimlərin təşkil edilməsi, lazımı maddi-texniki bazanın olması məktəblilərin yarışlarda iştirak etmələrinə və təcrübə qazanmalarına səbəb olur: 

KwYFpMH.jpg

“Respublikamızın ucqar rayonlarında, kənd məktəblərində lazımi texniki bazanın olmaması təhsilalanların belə yarışlrda iştirak etmələrinə mane olur. Belə yüksək səviyyəli yarışlarda və olimpiadalarda iştirak etmək üçün müəyyən miqdarda maddi dəstəyə ehtiyac duyulur”. 

N.Məmmədova bildirib ki, bu müsabiqədə iştirak onlar üçün böyük imkanlar açacaq:

AHpNDxi.jpg

“Çox şadam ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi bizə bu dəstəyi qazandırdı. Şagirdlərimizlə birlikdə 2 olimpiadada iştirak etmək imkanı əldə etdik. 

Sevinirəm ki şagirdlərimiz Dünya Robot Olimpiadasında (02-13.12.2021)  “Peasant Engineers” komandası (3 iştirakçı ilə) iştirak edir.  18-19 dekabr 2021-ci il tarixlərində keçiriləcək FLL Azərbaycan turnirində isə “Kəndli mühəndislər” komandası ilə iştirak edəcəyik”. 
 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar