Ned Prays: “Nüvə sazişinin dirçəldilməsindən sonra İranla daha əhatəli məsələlərlə məşğul olacağıq”

2021-06-22 16:59

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iyunun 21-də jurnalistlərə açıqlamasında İranda yeni prezident seçilmiş axund İbrahim Rəisinin Amerika prezidenti Co Bayden və sanksiyalarla bağlı bəyanatına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

İyunun 21-də jurnalistlər qarşısına çıxan İbrahim Rəisi Tehranla Vaşinqton münasibətlərindən danışıaraq deyib ki, Amerika öz səmimiyyətini göstgərmək üçün əvvəlcə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.


“Görəsən cənab Bayden niyə əvvəlki öhdəliklərinə sadiq deyil. Mənim isə ona ciddi təklifim odur ki, dərhal öz öhdəliklərinə əməl etsin və sanksiyaları aradan qaldırmaqla səmimi olduğunu göstərsin. Bir daha bildiririk ki, İranın regional və raket proramı kimi məsələlər müzakirə olunası deyil. Onlar (amerikalılar-red) əvvəlki müqaviləyə əməl etmədikləri bir halda, yeni məsələlərə necə girişə və onu necə həll edə bilərlər”, -deyə İbrahim Rəisi bildirib.


Ned Prays deyib ki, Amerika 2015-ci ildə imzalanmış nüvə sazişinin canlandırılmasından sonra İranın nigaranlığa səbəb olan digər təhlükəli fəaliyyətlərini də gündəmə gətirəcək.


“ABŞ prezidenti Co Bayden açıq şəkildə deyib ki, o, qarşı tərəflərin nüvə sazişi əsasında üzərlərinə götürdüyü öhdəliklərin icrasına qayıtmasından sonra İranın inkişaf etirməyə çalışdığı ballistik raket proqramını və onun regiondakı bütün terrorçu və təmsilçi qruplaşmalara dəstəyiməsələsini də gündəmə gətirərək diplomatiya yolu ilə onun həllinə çalışacaq.
 

Bundan başqa İranda insan hüquqlarının acınacaqlı durumu da düny birliyinin nigaranlığına səbəb olan digər məsələlərdən biridir və hrsab edirik ki, bu məsələyə də baxılmalıdır.


İranda keçirilmiş prezident seçkilərinə və onun nəticəsinə gəldikdə, hesab edirik ki, bu seçki prosesi və onun nəticəsi əvvəlcədən planlaşdırılaraq hesablanmış bir seçki idi. İrandakı seçki azad və ədalətli bir seçki olmayıb və İran xalqı öz rəhbərlərini seçməkdən məhrum edilib.


İranın qarşıdan gələn həftələrdə yeni bir prezidenti olacaq. Lakin buna baxmayaraq, bir daha bildiririk ki, sonunda İranın mühüm məsələlərlə bağlı siyasətini təyin edən şəxs islam respublikasının lideri Əli Xamneyidir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib. 

قدردانی باکو از بیانات مقام معظم رهبری- اخبار ترکیه و اوراسیا - اخبار بین  الملل تسنیم | Tasnim

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31