SON XƏBƏRLƏR

Neft sərvətləri tükənəndən sonra ermənilər Azərbaycana yardım etmək istəyirlər?

2021.10.20, 07:36
Neft sərvətləri tükənəndən sonra ermənilər Azərbaycana yardım etmək istəyirlər?

Gunaz.tv
Neft sərvətləri tükənəndən sonra ermənilər Azərbaycana yardım etmək istəyirlər? Erməni iddialarına görə, Azərbaycanın gələcəkdə baş verə biləcək hər hansı bədbəxtlikdən yeganə çıxış yolu Ermənistanla əlaqələrin bərpası və qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır "Ermənilər Azərbaycanı yox olmaqdan xilas edə bilər. Erməni Cek Manuelyan bu fikirdədir". «20 ildən sonra Azərbaycan neft ehtiyatları tükənəcək, ölkə çıxılmaz vəziyyətə düşəcək və dünyanın ən pis ölkələrindən biri olacaq». Manuelyan, panarmenian.net saytında yerləşdirilən «Azərbaycanın qəmgin gələcəyi» adlı məqaləsində belə yazıb. Onun fikrincə, bu taledən yaxa qurtarmağın yeganə yolu - Ermənistanla əlaqələrin bərpası və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınmasıdır. «Yalnız bu halda Ermənistan Azərbaycana çətin vəziyyətdən çıxmağa kömək edə bilər». Cek Manuelyan yazısını Los Anceles Universitetinin politoloqu Maykl Rossun «Böyük neft ehtiyatı siyasət və iqtisadiyyat sahəsində böhran yarada və etnik narazılığı artıra bilər» sözləri ilə başlayıb. Professor Rossun hesablamalarına görə, 1970-ci illərdə neftin qiymətindəki kəskin bahalaşma və gəlirlərin artması daha sonra qara qızılla zəngin olan ölkələrdə bir sıra xoşagəlməz vəziyyətlərin yaranması ilə nəticələndi. OPEK-ə üzv ölkələrin yarısı 2005-ci ildə birdən birə yoxsullaşdı. Məqalədə qeyd edilir ki, Azərbaycan Ermənistanın bir daha keçmişə qayıtmayacağını anlamalıdır. Ən pis vəziyyətdə isə Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaqdansa, Rusiya vətəndaşı olmağı üstün tutacaqlar. Müəllifin sözlərinə görə, bu vəziyyətdə Azərbaycanda olan digər etnik azlıqlar da Rusiya vətəndaşı olmağa can atacaqlar və nəticədə Azərbaycan Qafqazın xəritəsindən silinəcək. Qoyanın məşhur «Ağıl yatanda dəhşət doğulur» ifadəsinə uyğun olaraq demək mümkündür: «Çürümüş düşüncə ağılsızlığa səbəb olur». Dəlil və səbəbləri kənara qoyaq, ancaq Kaliforniyadakı xeyli ermənidən başqa, heç kimə bəlli olmayan professor Maykl Ross Azərbaycanın qaranlıq gələcəyi barədə nəticə çıxarıb. Qoy onun dediklərinin günahı ona bu «araşdırmanı» sifariş edənləri babalına yazılsın. Ola bilər ki, o, Azərbaycanın harada yerləşdiyini, neftdən başqa hansı resurslara malik olmasından xəbərsizdir. Amma görəsən bu, onun nəyinə gərəkdir? Ancaq Cek Manuelyan, görəsən, hansı kəlləsi ilə bu nəticəyə gəlir ki, «Azərbaycana bu cür qara taledən yaxa qurtarmaq üçün yeganə çıxış yolu Ermənistanla münasibətləri bərpa etmək və əməkdaşlığa başlamaq, həmçinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqdır? Yalnız bundan sonra Ermənistan Azərbaycana vəziyyətdən çıxmağa kömək edə bilər?» Müəllifin məntiqindən irəli gələrək belə demək olar ki, ermənilər Rusiya, Amerika və başqa ölkələrə də kömək edəcəklər. Axı, onlarda da neft nə vaxtsa tükənəcək. Və onda «böyük erməni xalqı» əvvəlcə bütün Ermənistanın iqtisadiyatına - energetikasına, dəmir yollarına sahib olan Rusiyaya kömək edəcək. Sonra isə onlar öz uzun kömək əllərini okean üzərindən neftsiz qalan amerikalı qardaşlarına uzadacaqlar. Ancaq hələlik nədənsə Səudiyyə Ərəbistanı haqqında heç bir şey demirlər. Ola bilər ki, orada neft ehtiyatı hələlik ölçülməyib. Bəs çinlilər? Bəs, ermənilər onlara kömək etməyəcəklər? Axı, Çin dünyanın ən böyük neft ixracatçılarından biridir. Onların nefti tükənəndə nə edəcəklər? Ermənilər onları da unutmayıblar. Ola bilər ki, ermənilər hətta onlarla birləşə də bilərlər. Yalnız bir şərtlə - bütün çinlilər özlərinə erməni adları götürsünlər və erməni adlansınlar. Bax, onda ermənilərin dənizdən dənizə böyük Ermənistan arzuları gerçəkləşəcək. Daha doğrusu okeandan okeana. Bir tərəfdən Sakit okean (Çin) digər tərəfdən isə Atlantik okeanı (ABŞ). /ANS-PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar