Nəiminin edamı, Nəsiminin dərisinin soyulmasına səbəb olan kitab Azərbaycanda nəşr ediləcək

2008-06-17 19:56

Nəiminin edamı, Nəsiminin dərisinin soyulmasına səbəb olan kitab Azərbaycanda nəşr ediləcək Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda «Cavidannamə»nin tərcüməsi üzərində iş gedir Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitunun faprsdilli

Gunaz.tv Quote | Gunaz article

Nəiminin edamı, Nəsiminin dərisinin soyulmasına səbəb olan kitab Azərbaycanda nəşr ediləcək Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda «Cavidannamə»nin tərcüməsi üzərində iş gedir Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitunun faprsdilli əlyazmalar şöbəsində hazırda əsrlər boyu nəşri və oxunması qadağan edilən «Cavidannamə»nin tərcümə edilərək nəşr olunması üzərində işlər gedir. Qeyd edim ki, sözügedən kitabın yeganə əlyazmasının yayılmaması üçün kitabın müəllifi Fəzlullah Nəimi edam edilib, onun tələbəsi İmaddədin Nəsimini isə dərisini diri-diri soyduqdan sonra edam ediblər. Deyilənlərə görə, vaxtı ilə kitabı oxumayıb, öyünərək «oxumuşam» deyənlərin belə başı bədənindən ayrılırmış. Amma bütün bunlara baxmayaraq, bu günədək həmin kitaba maraq hələ də azalmayıb. Müsahibim AMEA-nın Əlyazmalar İnstitunun faprsdilli əlyazmalar şöbəsinin müdiri, filologiya elmləri doktoru Möhsün Nağısoy kitab haqqında ətraflı məlumat verib. -1396-cı ilədə Əlincə qalasında hürufiliyi yaydığına görə Teymurləngin oğlu Miranşah tərəfindən qətlə yetirilən Fəzlullah Nəiminin hürufilik təlimiylə bağlı ən məşhur əsəri olan «Cavidannamə» əsərinin fotosurəti rəsmən alınıb və bizim şöbəyə onun azərbaycan dilinə tərcümə edilməsi tapşırılıb. Hazırda şöbəmizin əməkdaşı Rauf Şıxzamanlı kitabın tərcüməsi üzərində işləyir. Bundan əvvəl də Türkiyədən Nəiminin «Cavidannamə»si adıyla başqa bir əlyazması alıb tərcümə edirdik. Lakin sonradan tərcümə zamanı məlum oldu ki, əsərin nə əlyazmasının, nə də müəllifinin adı göstərilib. Buna görə də bizdə şübhə yarandı ki, ola bilsin bu Nəiminin əsəri deyil. - Bəs, hazırda əldə edib tərcüməsiylə məşğul olduğunuz əsəri haradan əldə etmisiniz? - Ümumiyyətlə, «Cavidannamə»nin əsli yalnız Vatikanda, Britaniya Muzeyində, Türkiyə və Qahirədədir. Əsər cəmi 7 nüsxədir, onlardan 3-ü Qahirədə saxlanılır. Bunlar müxtəlif illərdə yazılmış əllyazmalardır. Ona görə də şübhələnirdikki, birdən əlimizdə olan əlyazmanın əsli olmaz. Ötən il iki nəfər əməkdaşımızla Tehranda elmi konfransdaydıq. Öyrəndik ki, əsərin Vatikanda və Böyük Britaniya Milli muzeyində saxlanılan əlyazmasının fotosurəti Tehran kitabxanasında saxlanılır. Fursətdən istifadə edib əlyazmanı əldə etmək üçün danışıqlar apardıq, pulla aldıq. Bu işdə bizə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov çox kömək etdi. Hazırda biz əsərin Vatikanda saxlanılan fotosurətini tərcümə edirik. Əlyazmanın üzərində çalışarkən məlum oldu ki, əvvəlcə əldə etdyimiz əsərlə İrandan aldığımız əsərin mətni eynidir. - Hazırda üzərində işlədyiniz əsərin «Cavidannamə» olduğu nəylə təsdiqlənir? - Əlyazmanını üzərində «Cavidannamə» yazılıb. Ümumiyyətlə, iki cür «Cavidannamə» var: «Cavidannameyi-səğir» və «Cavidannameyi-kəbir». Əsil «Cavidannamə» - «Cavidannameyi-kəbir»dir. - Möhsün müəllim, kitabın mahiyyəti nədən ibarətdir? - «Cavidannameyi-kəbir» Qurani -Kərimin hürufi təliminə əsasən təfsiridir, yozumudur, şərhidir. F.Nəiminini əsas təlimi ondan ibarət idi ki, guya əvvəl olub mübüvvət (yəni peyğəmbərlik-red.). Peyğəmbərlik Məhəmmədlə (ə.s) bitib. Ondan sonra şiələrdə imamlıq dövrü başlayıb. Nəimi deyir ki, imamlıq da bitib və təzə dövr başlayıb. O, təzə dövrün adamı kimı yalnız özünü elan edib. Nəimi deyir: "Mən Allahın nişanıyam, əlamətiyəm və Allah-Təala məni yerə göndərib ki, ədaləti bərqərar edim". Elə bu fikrlərinə görə də onu edam ediblər. Onun dedikləri İslam dininə uyğun gəlmirdi. Nəiminin davamçılarından Əliyül-Əla da «Cavidannamə» əsərini yazıb. Qeyd edim ki, onun müridlərinin əksəriyyəti bu əsəri yazıblar, amma qorxularından öz adlarını göstərməyiblər. - Əlinizdə olan əlyazması neçə səhifədir? - Təxminən 250 vərəqdir, 500 səhifəyə yaxındır. Hürufilər göstərir ki, guya Quranda yeni mərhələnin başlanmasına işarə var... - Belə bir əsərin Azərbaycana gətirilb tərcümə edilməsinə nə zərurət var? Tərcümə gələcəkdə Azərbaycanda hürufiliyn yenidən baş qaldırmasına yardımçı olmayacaq ki? - Kitabı tərcümə etməkdə məqsədimiz onu yaymaq deyil, hürufilik elminin mahiyyətini öyrənməkdir. Hürufiliyn əsl mahiyyətini öyrənmək üçün «Cavidannamə» yeganə mənbədir. - Əsər fars dilində yazılıb, nəyə görə indiyədək İranda çap olunmayıb? - Biz İranda olanda onların ən məşhur alimlərindən soruşduq ki, bu kitab sizdə çap olunub, ya yox? Onlar gah dedilər çap olunub, gah da çap olunmayıb. Bütün kitabxanaları bir-birinə vurduq, amma tapmadıq. - Səbəbini soruşmadınız? - Bizim üçün də çox maraqlı idi. Görəsən, nəyə görə çap olunmayıb. Düşündük ki, yəqin yalnız məfkurəyə, ideologiyaya görə. Çünki kitabın ideologiyası açıq-aşkar İslam və Quranla ziddidir. Fəzlullah Nəimi əsərdə özünü nəinki peyğəmbər, Allah səviyyəsinə qaldırıb. Ona görə də, bu əsər indiyədək çap olunmayıb. Demək olar ki, dünyanın müxtəlif ölkələrində qiymətli kitab kimi əl-əl axtarılıb. Surətini əldə etmək üçün küllü miqdarda qızıl və pul verilib. Amma heç kim onu yenidən çap etməyib. Kitab müsəlman ölkələrində qadağan olunduğundan Nəiminini qətlindən sonra onun tələbələri tərəfindən dünyanın müxtəlif ölkələrinə aparılıb. Tərəfdarları təqib olunurdular. Məsələn, İmadəddin Nəismi Türkiyəyə üz tutdu, amma onu saxlamadılar deyə, Hələbə getdi və orada da edam olundu. Kitabın Azərbaycanda saxlanması dini baxımdan təhlükə yaratdığına görə, o zaman bütün nüsxələr məhv edilib. - Bəs, Vatikanda kitab nəyə görə saxlanılır? - Kitabın əqidəsindəən və ideologiyasından asılı olmayaraq qədim əlyazmaların dünyanın məşhur kitabxanalarında saxlanılması həmin yerin şöhrətini artırır. O zaman missionerlər tacir qiyafəsində gəlirdilər, Şərqi öyrənmək üçün qədim əlyazmaları alıb aparırdılar. Xristian ölkələrində elə şərqşünaslar var idi ki, İslamla bağlı kitabları od qiymətinə alırdılar. Dünyanını ən məşhur kitabxana və muzeylərində hazırda şərqin inciləri saxlanılır. Heydər Əliyev Almaniyaya səfər edərkən ona Drezdendə saxlanılan «Dədə-Qorqud» dastanın orijinalına yaxın nəşrini bağışladılar. Bu həmin kitabxananını tarixində ilk dəfə edilirdi. Əsər hazırda bizim kitabxanamızda qorunur... - Kitabı tərcümə etməkdə məqsədiniz nədir? - Əsrlərdən sonra Azərbaycan dilində nəşr etmək. -Deməli, «Cavidannamə» dünyada ilk dəfə olaraq Azərbaycanda çap olunur? - Bəli. Dünyada ilk və bəlkə də son dəfə olaraq bizdə nəşr olunacaq. - Bəs kitabın törədəcəyi təhlükəni nəzərə almırsınız? - Məqsədimiz kitabı təbliğ etmək və yaymaq deyil. Sadəcə Hürufilik fəlsəfəsini öyrənmək istəyirik. - Tirajı nə qədər olacaq? - 200-300-dən çox olmayacaq. Sözügedən nəşr yalnız mütəxəssislər üçün nəzərdə tutulacaq. Bundan sonra isə niyyətimiz Qahirədəki variantı əldə edib tərcüməsini həyata keçirməkdir. Artıq əlimizdəki əlyazmanını 3-dən 1-ni tərcümə etmişik. Tərcümənini tez başa çatması üçün daha bir mütəxəsis də ayrılacaq. Həm də bu tərcüməçilər sırf elm adamlarıdır və əqidəlidirlər. Gülnaz Qənbərli ANSpress express
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17