SON XƏBƏRLƏR

Nəsrin Sotudənin 38 il həbs və 148 şallaq cəzasına məhkum edildiyi barədə məlumatlar yayılıb

2021.10.20, 07:36
Nəsrin Sotudənin 38 il həbs və 148 şallaq cəzasına məhkum edildiyi barədə məlumatlar yayılıb

Gunaz.tv

GünAz TV: İranlı hüquq müdafiəçisi və siyasi məhbus Nəsrin Sotudənin həyat yoldaşı Rza Xanedan öz “Facebook” səhifəsində Sotudənin 38 il həbs və 148 şallaq cəzasına məhkum edildiyi barədə məlumat yayıb.

 

İran rəsmi xəbər agentlikləri isə məhkəmə orqanlarına istinadən Nəsrin Sotudənin “hakimiyyət əleyhinə təşkilatlanmaq və sövdələşmək” ittihamı üzrə 5 il, “İran dini liderini təhqir etmək” ittihamı üzrə isə 2 il olmaqla, ümumilikdə 7 il həbs cəzasına məhkum edildiyi barədə xəbər yayımlayıblar. Agentliklərin iddiasına görə, təqsirləndirilən şəxs hökmdən apelyasiya şikayəti verib.

 

Məsələyə münasibət bildirən Nəsrin Sotudənin vəkili də müvəkkilinə qarşı irəli sürülmüş 2 cinayət işi üzrə məhkəmə iclasının keçirildiyini bildirib. O, Nəsrin Sotudənin məhkəmədə iştirak etmədiyini, hökmün qiyabi formada çıxarıldığını bildirib. Lakin vəkil hökmün neçə ildən ibarət olduğunu deməyib.

 

Xatırladaq ki, Nəsrin Sotudə 2018-ci ilin iyunun 12-də İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ona qarşı siyasi fəaliyyətlərinə görə 2 cinayət işi üzrə qondarma ittihamlar elan edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar