SON XƏBƏRLƏR

Netanyahu: “Avropa ölkələri İran qüvvələrinin Suriyadan çıxmasının vacibliyi barədə bizimlə eyni fikirdədir”

2021.10.20, 07:36
Netanyahu: “Avropa ölkələri İran qüvvələrinin Suriyadan çıxmasının vacibliyi barədə bizimlə eyni fikirdədir”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu iyunun 10-da nazirlər kabinetinin iclasında çıxış edərək, ötən həftə Avropa ölkələrinə etdiyi səfərinin nəticələrindən və İran hərbi qüvvələrinin Suriyadan çıxmasının zəruriliyindən danışıb.

 

Netanyahu bildirib ki, onun Avropa ölkələrinə səfərinin əsas məqsədi, Suriyada İranın, o cümlədən də “Sepah”ın hərbi qüvvələrinin ölkəsinə qarşı təhdidi barədə danışıqlar aparmaq olub: “Mənim bu səfərdə üstündə dayandığım əsas məsələ, İranın Suriyada hərbi mövcudluğu və onun bu ölkədən çıxmasını təmin edən beynəlxalq bir razılaşmanın əldə olunması idi. Mən bu hədəf üçün Avropaya səfər etmişdim və demək olar ki, bizim bu hədəfimiz gerçəkləşdiridi.

 

İran hərbi qüvvələrinin Suriyadan çıxması bir prosesdir. Avropanın aparıcı dövlətləri İran qüvvələrinin Suriyadan çıxmasının vacibliyi və bu istiqamətdə beynəlxalq bir razılaşmanın əldə olunması xüsusunda İsraillə demək olar ki, eyni fikirdədirlər. Bir daha qəti şəkildə bildirirəm ki, bildirirəm ki, İsrail, İranın və onun müttəfiqlərinin Suriyadakı hərbi mövcudluğu ilə barışmayacaq. Biz, İranın Suriyada hərbi mövqelərini  gücləndirmək üçün göstərdiyi hər bir cəhdinin qarşısını qətiyyətlə alacaq, buna imkan verməyəcəyik”.

 

Qeyd edək ki, Avropaya bir neçə günlük səfərində, Netanyahu iyunun 4-də Berlində Almaniya kansleri Angela Merkel, iyunun 5-də Parisdə Fransa prezidenti Emmanuel Makron, iyunun 6-da isə Londonda Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşərək, İranın regionda apardığı təxribat xarakterli fəaliyyəti, o cümlədən də onun Suriyadakı hərbi mövcudluğu barədə danışıqlar aparıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar