SON XƏBƏRLƏR

Netanyahu: “Biz, İranın qarşısını alacağıq”

2021.10.20, 07:36
Netanyahu: “Biz, İranın qarşısını alacağıq”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu, martın 6-da Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsində (AİPAC) çıxış edərək, İranın Suriyada və İsrail sərhədlərinkəki hərbi fəaliyyətindən, Orta Şərq regionuna qarşı təhdidindən və nüvə sazişindən danışıb.

 

Netanyahu bildirib ki, İran öz hərbi bazalarını və silah istehsal edən zavodlarını Suriyaya köçürtmək istəyir: “İran, hətta öz hava və dəniz qüvvələrini Suriyaya köçürtməklə bu ölkədə və Livanda silah istehsal edən zavodlarını işə salmaq niyyətindədir. Məqsəd isə, İsrailə qarşı yaxın məsafədən hücum etməkdir. Lakin biz buna imkan verməyəcək, İranın qarşısını alacağıq. İsrail, hazırda öz hərbi tarixinin ən güclü şəraitindədir və biz İranın sərhədlərmizdə hərbi gücünün artmasına heç vaxt imkan veməyəcəyik.

 

Qərblə İran arasında imzalanmış nüvə sazişinə gəlincə, mən bu barədə dünya fövqəldövlətlərinə dəfələrlə xəbərdarlıq etmişdim. Mən öz xəbərdarlığımda bildirmişdim ki, İran dünya birliyinə yalan danışır, ona inanmaq olmaz. Demişdim ki, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə bu ölkə nəinki yumşalmayacaq, əksinə bölgədə daha hücumçu bir siyasət yürütməyə çalışacaq. Belə də oldu və bu gün mənim verdiyim proqnozlar artıq reallaşıb və İran, Orta Şərq xəritəsində qara bir ləkə kimi görünür”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar