SON XƏBƏRLƏR

Netanyahu: “Biz, Suriyada İran hərbi qüvvələrinin mövcudluğu ilə barışmayacağıq”

2021.10.20, 07:36
Netanyahu: “Biz, Suriyada İran hərbi qüvvələrinin mövcudluğu ilə barışmayacağıq”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 26-da hava qüvvələri zabitləri ilə görüşərək, ölkəsinin isehsal etdiyi raketlərin gücündən danışaraq, İranın Suriyada hərbi mövcudluğunu davam etdirməsinə qarşı çıxdığını bəyan edib.

 

Netanyahunun bu açıqlaması, İsrail qırıcılarının Dəməşqin ətrafında “Sepah” və Livan “Hizbullah”ının mövqelərinə hava zərbələri endirməsindən bir gün sonraya təsadüf edib.

 

O bildirib ki, İsrail, İranın Suriyada hərbi mövcudluğunu möhkəmləndirməsinə heç vaxt göz yummayacaq: “Biz, İranın Suriyada bizi hədəfə alan hərbi qüvvələrinin mövcudluğu ilə barışmayacağıq. Biz, İranın bu təhdidi qarşısında qətiyyətlə dayanacaq, ardıcı tədbirlər görərək, hərəkətə keçəcəyik. Keçmişdə də bildirdiyimiz kimi biz, zərurət yaranarsa öz təhlükəsizliyimizi qorumaq üçün heç nədən qorxmuruq və istənilən addımı atacağıq. Bir daha bildiririrəm ki, bizim hücumçu raketlərimiz istənilən nöqtə və hədəfi vurmağa qadirdir”.

 

Xatırladaq ki, dekabrın 25-i axşam saatlarında İsrail qırıcılarının Suriya paytaxtı Dəməşq ətraında keçirdiyi hava hücumunda, “Sepah” və Livan “Hizbullah”ının ən azı 3 silah anbarı məhv edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar