SON XƏBƏRLƏR

Netanyahu: “Bizim məmurlar vaxtaşırı İrana gedirlər”

2021.10.20, 07:36
Netanyahu: “Bizim məmurlar vaxtaşırı İrana gedirlər”

Gunaz.tv

GünAzTV: Dekabrın 16-da İsrailin xarici ölkələrdəki səfirlərinin illik toplantısında çıxış edən baş nazir Benyamin Netanyahu, İsrail məmurlarının İrana gizli və ardıcıl səfərlərindən və Tehranın apardığı nüvə proqramından danışıb.

 

O bildirib ki, İsrailin xəfiyyə məmurları İranın nüvə fəaliyyətinin hansı istiqamətdə aparılmasını öyrənmək məqsədilə istənilən vaxt İrana səfər edirlər: “Bizim məmurlar islam respublikasının nüvə proqramını kənardan nəzarətdə saxlamaq üçün vaxtaşırı İrana gedirlər. Tehranın nüvə ambisiyalarının gerçəkləşdirilməsinin qarşısını almaq üçün İrana səfər edən məmurlarımız, bu ölkədə informasiya əməliyyatları keçirir, geniş fəaliyyət göstərirlər”.

 

İsrail kəşfiyyat orqanları amillərinin İrana gizli səfərlərinin detallarını açıqlamayan Netanyahu həmçinin bildirib ki, sözü gedən məmurlar, Tehranın nüvə fəaliyyəti ilə bağlı məlumatlarını yeniləşdirmək məqsədilə lazım olan vaxtlarda İrana səfər edir, bu ölkənin regiona qarşı təhlükə sayılan nüvə proqramına qarşı mübarizə aparırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar