SON XƏBƏRLƏR

Netanyahu Həmas qrupu ilə müvəqqəti atəşkəs razılığı əldə edib

2021.10.20, 07:36
Netanyahu Həmas qrupu ilə müvəqqəti atəşkəs razılığı əldə edib

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı Həmas qrupu ilə Misirin vasitəçiliyi ilə əldə edilən razılaşmadan sonra Qəzza Zolağına hücumları dayandırmaqla bağlı qərarını müdafiə edib.

 

Bu razılıq nəticəsində iki tərəf arasında bir neçə gün gedən ölümcül döyüşlərə ara veriləcək.

 

Netanyahu hökumətinin bəzi üzvləri və israillilərin bəzisi İsrail ordusunun Həmasa daha sərt cavab verməli olduğunu deyərək, Netanyahunun bu addımını tənqid edib.

 

Qəzzadakı militantların İsrail ərazisinə atdığı 460 raket və qumbara hücumuna cavab olaraq İsrail Qəzzadakı 160 hədəfi nişan alıb.

 

Döyüşlər zamanı beş fələstinli militant və iki mülki vətəndaş ölüb. İsrail tərəfdən isə raket hücumu nəticəsində bir əsgərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir. (Amerikanın səsi)

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar