SON XƏBƏRLƏR

Netanyahu: “İran, İsrailə qarşı hücumlar təşkil etmək üçün 80 min şiə döyüşçüsünü Əfqanıstan və Pakistandan Suriyaya gətirib”

2021.10.20, 07:36
Netanyahu: “İran, İsrailə qarşı hücumlar təşkil etmək üçün 80 min şiə döyüşçüsünü Əfqanıstan və Pakistandan Suriyaya gətirib”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu iyunun 14-də daxili təhlükəsizlik məsələləri ilə bağlı Yerusalimdə keçirilən beynəlxalq bir toplantıda çıxış edərək, İranın ölkəsinə qarşı təhdidindən, Əfqanıstan və Pakistandan olan şiə muzdluları Suriyaya cəlb etməsindən danışıb.

 

Amerikanın, eləcə də 20 ölkənin daxili təhlükəsizlik məsələləri üzrə nazirlərinin də qatıldığı toplantıda çıxış edən Neyanyahu bildirib ki, İsrail, Suriyada İranın hərbi mövcudluğunu möhkəmləndirməsinin, xarici muzdlularla ölkəsinə qarşı hər hansı bir hücumu həyata keçirməsinin qarşısını alacaq: “İran, İsrailə qarşı hərbi hücumlar təşkil etmək və Suriyanın sünni əhalisinin məzhəbini dəyişmək üçün 80 min şiə döyüşçüsünü Əfqanıstan və Pakistandan bu ölkəyə gətirib. İranın bu addımı, bölgədə məzhəb və ya dini mahiyyəti olan yeni bir savaşın alovlandırılmasının düsturu sayılır. Bu isə milyonlarla insanın bölgədən Avropaya mühacirətinə, bir çox ölkələrdə çoxlu qarşıdurma və terrora gətirib çıxara bilər.

 

Aydın məsələdir ki, biz İranın bu çirkin niyyətini həyata keçirməsinə imkan verməyəcək, onlara qarşı mübarizə aparacağıq. Məhz buna görə də, son vaxtlar Suriyada İrana bağlı bütün şiə qərargahlarını bombardman etmişik. Bununla da biz, həm sizin ölkələrin, həm də dünyanın təhlükəsizliyinə yardım etmişik.

 

Bundan başqa, Suriya əhalisinin 96 faizini sünnilər təşkil edir. İran isə Əfqanıstan və Pakistandan şiələri Suriyaya gətirməklə, bir yandan İsrailə hücum etmək istəyir, digər yandan da yerli sünni əhalinin məzhəbini dəyişərək onlara şiə məzhəbini qəbul etdirməyə çalışır. Bu isə qəbuledilməzdir”.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar