SON XƏBƏRLƏR

Netanyahu: "İran xalqının azadlıq arzusu tezliklə yerinə yetəcək"

2021.10.20, 07:36
Netanyahu: "İran xalqının azadlıq arzusu tezliklə yerinə yetəcək"

Gunaz.tv
Bunu Avropaya səfəri çərçivəsində Parisdə olan İsrailin baş naziri Nikola Sarkozi ilə görüşündə deyib İran xalqının azadlıq arzusu tezliklə yerinə yetəcək və nüvə silahına malik olan rejimin əsl xarakteri üzə çıxacaq. Bunu Avropaya səfəri çərçivəsində Parisdə olan İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Nikola Sarkozi ilə görüşündə deyib. Görüşdən sonra Benyamin Netanyahu jurnalistlərə seçkilərdən sonra zorakılıq dalğasına baxmayaraq müxalifətin nümayişləri davam etdirdiyinə görə İran xalqının mərdliyini alqışladığını bildirib. Bununla yanaşı Netanyahu İranın nüvə məsələsində də ciddi dəyişikliyin olmalı olduğunu söyləyib. "İranda hadisələrin necə inkişaf edəcəyini bilmirik. Azadlıq bəlkə bu gün qalib gəlməsə də əminəm ki, sabah qalib gələcək. İran xalqının azadlıq arzusu inanıram ki, həm də İran xalqının sülh arzusudur. Əminəm ki, prezident Sarkozi və bütün hökumət liderləri də bu fikirdədirlər ki, əsl xarakteri üzə çıxan bir rejim nüvə silahı əldə etməməlidir", deyə baş nazir qeyd edib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar