Netanyahu İrana qarşı vahid qlobal cəbhənin yaradılmasına çağırıb

2020-12-14 15:25

İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də bu ölkəyə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen ilə görüşərək mediaya açıqlamasında dünya birliyini İrana qarşı vahid qlobal cəbhənin yaradılmasına çağırıb.

Gunaz.tv Quote | Gunaz article

Netanyahu deyib ki, İranın regional təhdidinin qarşısını almaq üçün vahid qolbal cəbhənin yaradılması artıq bir zərurətdir: “Bu gün prezident Trampın rəhbərliyi ilə Amerika Birləşmiş Ştatları ilə İsrail hər zamandan daha çox bir-biri ilə sıx əməkdaşlıq edirlər. Bu istiqamətdə isə biz İran təhdidlərini zərərsizləşdirmək məqsədilə birgə fəaliyyət aparır, regionda sülhün bərqərar olunması üçün birlikdə səy göstəririk.


Hesab edirəm ki, Nə qədər ki, İran öz qonşularını qorxutmağa və təhdid etməyə davam edir, nə qədər ki, İran İsrailin məhvi üçün çağırışlar edir, nə qədər ki, İran məntəqədə və dünyanın digər yerlərində terrorçu təşkilatları silahlandırmağa və onları maliyyə baxımdan təmin etməyə davam edir və nə qədər ki, İran silahlanma yarışını qızışdıraraq, nüvə silahına yiyələnməklə bağlı cəhdinə davam edir, biz İranla münasibətdə adi və normal vəziyyətə qayıtmamalıyıq.


Güman edirəm ki, biz İranın dünya sülhünə qarşı yönələn təhdidinin qarşısını almaq və onunla mübarizə aparmaq üçün vahid qlobal bir cəbhə yaratmalı və regionun qulduru rolunu oynayan İran İslam Respublikasına qarşı birlikdə çıxış etməliyik. 


Əgər biz bu gün İranı yerində oturda bilməsək, sabah o Avropa və Amerikanı vurmağa qadir olan, qitələr qət edən nüvə başlıqlı ballistik raketlər əldə edəcək. Vəziyyət belə olduqda isə İran rejimi dünya qulduruna çevrilərək hamıya təhlükə yaradacaq”, -deyə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen ilə görüşündən sonra mediaya açıqlamasında bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24