Netanyahu İranın nüvə təhdidlərindən danışdı: “Əlimizdən gələni edəcəyik"

2021-06-02 11:56

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 1-də ölkənin xarici kəşfiyyatının (“Mossad”ın) yeni rəisi Devid Barneanın işə başlaması ilə bağlı keçirilən mərasimdə çıxış edib.

Gunaz.tv Quote | Gunaz article

Baş nazir  Tehranın Tel-Əvivə qarşı nüvə təhdidindən və İsrailin bu təhdidi zərərsizləşdirmək üçün seçimindən danışıb.

Öz çıxışında İsrailin İrana qarşı gizli əməliyyatlarının davam etməsinin vacib olduğunu vurğulayan Netanyahu deyib ki, o İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.


“Mən 40 ildir dostum Co Baydenə İran təhdidindən danışıram və indi də deyirəm ki, Tehranla nüvə razılaşması olsa da, olmasa da, biz İran rejiminin nüvə silahlarına yiyələnməsinin qarşısını almaq və onun nüvə təhdidini zərərsizləşdirmək üçün istənilən addımı atacaq, əlimizdən gələni edəcəyik.


Əgər biz çox dəyərli dostumuz olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizdə hər hansı bir gərginliyin yaranmaması ilə İrandan gələn nüvə təhdidini aradan qaldırmaq seçimi qarşısında qalsaq belə, -əlbəttə ümid edirəm ki, iş o yerə gəlib çatmasın-, biz yenə ikinci variantı seçəcəyik. Daha doğrusu, belə olan halda bizim seçimimiz İranın nüvə təhdidi aradan qaldırmaq olacaq, hətta əgər ABŞ-la əlaqələlərimizdə gərginlik yaransa belə”, -deyə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.


Xatırladaq ki, hazırda Vyanada İranla dünya gücləri arasında aparılan nüvə danışıqlarının 5-ci mərhələsi davam edir. İran nüvə silahı istehsal etmək niyyətində olmadığını iddia edərək sanksiyaların aradan qaldırılmasını istəsə də, dünya gücləri rəsmi Tehranın bu sözlərinə şübhə ilə yanaşır, İranın nüvə proqramının daha da məhdudlaşdırılmasını tələb edir.

iran-nuke-fac-1-736x514 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24